Şrift:
İsmayıllıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib
26.12.2016 [10:05] - Sosial
İsmayıllı Rayon İcra Hakimiyyətinin, Ailə və Uşaqlara Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib.

Rayon mədəniyyət mərkəzində təşkil olunan tədbirdə 60-dək fiziki qüsurlu uşaq iştirak edib.

Hər iki bayram münasibətilə uşaqları təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, təhsil şöbəsinin müdiri Rasim Orucov, Respublika Veteranlar Təşkilatı İsmayıllı rayon şöbəsinin sədri Əlaləm Babayev bildiriblər ki, əhalinin digər təbəqələri kimi, uşaqlar da həmişə dövlətimizin, Prezidentimizin qayğısı ilə əhatə olunublar. Natiqlər bu sahədə Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərdən danışıblar.

Uşaq incəsənət məktəbinin və 2 nömrəli uşaq bağçasının balaca fidanlarının ifalarında səsləndirilən rəngarəng mahnılar, şən rəqslər iştirakçılarda xoş ovqat yaradıb.

Bayram şənliyində xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyələr verilib.
Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed