11.10.2011 [18:07] - Güney Azərbaycan-Təbriz
“Fars şovinizmi dünyanın ən yaramaz, ən alçaq şovinizmidir!”
“Fars şovinizminin bütün çalarları araşdırılmalı, ondan zərbə alacaq xalqlar ayıq salınmalıdır”
Bu yazını yazarkən fars şovinizminin cikindən-bikinə hər nəyi varsa açıqlamaq, ya da işıqlandırmağı düşünmədik, çünki bu, çox böyük, mürəkkəb və çətin bir məsələdir. İndiyədək rus şovinizmi, alman şovinizmi, italyan şovinizmi haqqında çox yazılıb, çox deyilib, bu şovinizmlər, demək olar ki, dağılıb, rus şovinizmi isə son günlərini yaşayır! Bu sadaladığımız millətlər şovinizmin təkcə başqa xalqlar üçün deyil, özləri üçün də necə böyük faciə və fəlakət gətirdiyini görmüşlər.
Çin şovinizmi haqda da çox yazılıb, çox deyilib. Nə fayda ki, Çin hakim dairələri hələ də deyilənlərdən heç bir nəticə çıxarmayaraq, Çindəki başqa xalqları əzir, assimilyasiya edir, etdiyi vəhşiliklərlə öz xalqını da acınacaqlı, çıxılmaz duruma sürükləyir.
Fars şovinizminə gəldikdə o, dünyanın ən yaramaz, ən alçaq təbiətli şovinizmidir! Ən pisi də budur ki, fars şovinizmi haqqında, bir-iki yazını çıxsaq, deyə bilərik ki, nə yazılıb, nə deyilib, nə də qınanılıbdır. Ona görə də bu gizli saxlanılmış xəstəlik başqa xalqlara əzab və işgəncə vericidirsə, fars xalqı üçün xərcəng xəstəliyinə çevrilmişdir! Şovinizm farsları tarixin bataqlığına atmışdır! Ölüm ayağında olan fars şovinizmi farsları bu bataqlıqdan qurtarmaq yolunu düşünmək əvəzinə, onlara yaxın qonşu olan Azərbaycan, Xorasan, Qaşqay türklərini, "Körfəz ərəbləri"ni, imkan olarsa İraq, Suriya, Diruz və Səudiyyə ərəblərini, kürdləri, bəlucları və başqalarını da bataqlığa, cinayətkarlığa və sonda ölüm ayağına sürükləməyə var gücü ilə çalışır, dəridən-qabıqdan çıxır.
Diqqət! Diqqət! Gəlin qurtuluş yolunu axtaraq! Bunun üçün də ilk öncə fars şovinizminin bütün çalarları araşdırılmalı, ondan zərbə alacaq xalqlar ayıq salınmalıdır. Ona görə də biz bu yazıda fars şovinizmi haqqında yalnız və yalnız yığcam bilgi verib tezislər şəklində çıxış etməyi gərəkli bildik. İnanırıq ki, bu qorxulu xəstəliyə insanlar, cəmiyyətlər, alimlər, şəxsiyyətlər etinasız qalmayacaq. Fars şovinizminin maskası yırtılaraq onun iç üzü açılıb dünyaya çatdırılacaq, bu xəstəlikdən qurtuluş yolu tapılacaqdır.
Bir zamanlar - aşağı-yuxarı 15 il öncə sovet rəhbərliyinin belə fikri geniş yayılmışdı: "Biz əgər məhv olacağıqsa onda tək məhv olmayacaq, çoxlarının ayağından tutub onları da özümüzlə bərabər dənizin dibinə aparacağıq!". Bunu bilən dünyanın ağıllı insanları öncədən elə tədbirlər tökdülər ki, onların nəticəsində bəşəriyyət sovet dəhşətindən, qanlı sovet terrorundan canını qurtara bildi.
Rus şovinizminin balaca modeli olan, ondan qoca və iyrənc olan fars şovinizmindən qurtulmaq rus şovinizmindən qurtulmaqdan asandır, əgər Sovet İttifaqına qarşı fəaliyyətə oxşar tədbirlər bu gün İrana - fars şovinizminə qarşı həyata keçirilərsə! Haqqın yolu ilə yürüyənlərə Ulu Tanrı yar olsun!
Ey insanlar, sizi and verirəm insanlığınıza və sevdiyinizə! Susmayın! Fars şovinizmini ifşa edin, ona xidmət edənləri bu yoldan çəkindirin, Haqq yoluna səsləyin və gətirin! Xalqın və Haqqın yoluna gəlməyənlərə lənətlər olsun!
Fars şovinizmi öz adı ilə deyil, daha çox "irançılıq" adı altında pərdələnərək çıxış etmişdir və edir. Buna görə də onu "fars-İran şovinizmi" adlandırmaq daha düzgün olardı. Bunların arasında kiçik formal fərq olsa da əslində mahiyyətcə eyni məsləkə xidmət edir. Bəzi "irançılar" belə iddia edirlər ki, guya irançılıq ideyasını (əgər buna ideya demək mümkündürsə) daşıyanlar fars şovinizminə qarşıdırlar, onlarla barışmazdırlar və s. və i.a. Yox, cənab fars şovinizminin "irançılıq" pərdəsi altında gizlənən daha təhlükəli (bəziləri isə aldanmış, yazıq) xidmətçiləri, siz ya bilməyərəkdən, ya da bilərəkdən aldanırsınız. Bilməyərəkdən aldanırsınızsa bəsirət gözlərinizi açın, bu siyasi korluqdan canınızı qurtarın. Bilərəkdən aldanırsınızsa onda siz bu alçaq təbiətli şovinizmə xidmət etməklə insanlığa xəyanət edən ən yaramaz cinayətkarlarsınız!
Siz deyirsiniz ki, İran indiki İran İslam Cümhuriyyəti adlanan ölkədir və burada yaşayan bizlərin vətənidir. Çox uzaq keçmiş olsaydı deyərdik ya xəbəriniz yoxdur, ya da yadınızdan çıxıb. Vur-tut 8 il bundan qabaq Sovet İttifaqında yaşayan rus şovinistləri və onlara xidmət edənlər də (bu şovinistlər və onların xidmətçiləri içərisində ruslar, türklər, ukraynalılar, yəhudilər, ermənilər, gürcülər, polyaklar, hətta bu gün Rusiya və ya da rus şovinizmi ağalığına qarşı qəhrəmanlıqla döyüşən bir milyonluq çeçen xalqından olan satqın çeçenlər də var) deyirdilər ki, Sovet İttifaqı başqadır, Rusiya imperiyası başqa, Sovet İttifaqını qorumaq, saxlamaq başqadır, rus şovinizmini müdafiə etmək başqa. Biz rus şovinisti deyilik, sovet vətənsevərləriyik (patriotuq), olsa-olsa həm də Rusiyanı və rusları sevirik, burada nə qəbahət var? Bu adamlar Ukrayna, Azərbaycan, Gürcüstan, Qazaxıstan və s. ölkə və xalqların Rusiya tərəfindən işğal edildiyi günləri "biz Rusiyanı sevirik, ona könüllü birləşmişik" deyə bayram edir, xalqları zor və qorxu altında çalıb-oynamağa məcbur edirdilər.
Bilirsiniz dünyada alçaqlığın, vəhşiliyin və mənəvi əxlaqsızlığın ən murdar bir şəkli nədir? Odur ki, aclıq, yalavaclıq, əzab, işgəncə və zülmə məruz qoyduğun insanlara və ya xalqa, millətə əmr edəsən, onları məcbur edəsən ki, dur çal, oxu, oyna və de ki, mən xoşbəxtəm, dur zalıma de ki, mənə zülm yox, səadət gətirmisən!!
Belə sorsaq ki, kimdir zalım?
Min illərdir ki, dünya müsəlmanları "Allah məzluma (zülm olunana) kömək, zalıma (zülm edənə) lənət eləsin. Zalımın cəzasını versin!" deyə dua edirlər. Altı yüz il bundan qabaq dahi İbn Xaldun (1332-1406) dünyada tanınmış "Müqəddimə" adlı əsərində yazmışdır: "İndi haqsız olaraq vergi toplayan təhsil məmurları zalımdır, artıq vergi toplayanlar zalımdır, vergini yağma edənlər zalımdır, xalqa haqlarını verməyənlər, başqasının mal və mülklərini qəsb edənlər tamamilə zalımdır. Bütün bunlar hakimiyyətin maddəsi olan cəmiyyəti yıpradar, ən böyük zərəri də dövlət çəkər".
Böyük tarixçi, hüquqçu, sufi, filosof-sosioloq, səyyah, diplomat, siyasətçi, alim İbn Xaldunun sözünə ("xalqa haqlarını verməyənlər tamam zalımdırlar") kimsə etiraz edə bilməz. Ancaq bütün bu deyilənlərlə yanaşı, bu gün qırx milyonluq Azərbaycan xalqının taleyi elə zalımların əlinə düşüb ki, onların növünü, cinsini, zatını və sifətini müəyyən etmək çox çətindir. Azərbaycan xalqının həm Quzeydə, həm Güneydə haqqını verməyən zalımlar həm də bu xalqın haqqını yeyirlər; var-yoxunu, şərəf və namusunu, yurdunu-yuvasını hərraca qoyurlar; döyür, söyür, zindanlara atır, öldürürlər; dilini, mədəniyyətini əlindən alıb milli ləyaqətini əzirlər; qul, kölə zəncirinə qandallayıb ruhunu çeynəyirlər; ac-yalavac, yas içində saxlayır və deyirlər: çal, oyna, bizlərə dua et, de ki, siz imamsınız, siz dahilər dahisisiniz, məhz sizlərin kölgəsində biz bu dünyada - cənnətdə firavan yaşayırıq və sizlərin sayəsində də cənnətə gedəcəyik!
Ah, zalımlar zalımı, siz səkkiz qat zalımlar, siz yüz qat zalımlar, siz bilmirsiniz ki, zülm yerdə qalmaz, siz bilmirsiniz ki, zülm ilə abad olan ədl ilə bərbad olar bir gün, siz bilmirsiniz ki, zalımın zülmü varsa məzlumun da ahı, Allahı var! Siz bilməsəniz də, bilmək istəməsəniz də Tanrı görür, bilir. Haqq-hesab günləri yaxındadır! Sözsüz ki, bu, Tanrının işidir, ancaq Tanrı bu işləri - ədaləti, haqqı yerinə qoymağı Haqq adamlarına tapşıracaqdır!
Azərbaycanın üç böyük düşməni olmuşdur: 1) Parsa; 2) ərəb xilafəti; 3) Rusiya.
Bu Parsa (Pars, Peres, Persida, Persiana, Parsua, Persiya, Fars və başqa şəkilləri də var) haradır və necə yaranmışdır?
Tarixə dərindən baxsaq aydın olar ki, Parsa "farsların yaşadığı yer, fars ölkəsi" deməkdir. Pars bir toplumun adıdır. Yunanlar onlara pers, perse, perses deyirdilər. Ərəblərdə "p" səssizi (samiti) olmadığına və ərəb dilinin səs uyğunluğuna görə onu "f" səssizi (samiti) ilə əvəz etmiş, parsa fars demiş və o cür də yazmışlar. Elə buradan da, ayrıca da olaraq ərəb-islam ağalığı dövründən (VII-XII yüzillər) farsların özləri də daxil olmaqla türklər, ərəblər və başqa xalqlar da parsa sözünü fars sözü ilə əvəz etmişlər. Yunanlar və bizanslılar öz qədim ifadələrini dəyişdirməyərək parsları pers, persus deyə tanımaqda və yazmaqda davam etmiş, buradan da Avropa dillərinə və rus dilinə bu söz "pers" şəklində keçmiş və özünə möhkəm yer qazanmışdır. Erməni dilində "f" səssizi (samiti) olmadığına görə ermənilər "fars" yox, "pars" deyirlər. Əfqanıstan, Hindistan və Orta Asiyada "pars" və "fars" hər ikisi işlədilir.
(davamı gələn sayımızda)

Əbülfəz Elçibəy
Bu xəbər oxucular tərəfindən 1799 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |