26.12.2016 [10:09] - İdman
Azərbaycan millisinin futbolçularının çıxış etdiyi klublar Türkiyə Super Liqasında növbəti oyunlarını keçirəcəklər. XVI turda hücumçu Dəniz Yılmazın formasını geyindiyi "Bursaspor" "Gənclərbirliyi"nin qonağı olacaq.
"Timsahlar" qələbə qazanacaqları təqdirdə, Trabzonda keçiriləcək qarşılaşmanın nəticəsindən asılı olaraq 4-cü pilləyə yüksələcəklər. Oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" klubu isə "Fənərbağça"nı sınağa çəkəcək. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatarsa, komanda 9-cu pillədə yer alacaq. Qarşılaşmaya saat 21:00-da start veriləcək.
Qeyd edək ki, "Bursaspor" hazırda 27 xalla 5-ci, "Trabzonspor" isə 18 xalla 11-ci pillədədir.

Bu xəbər oxucular tərəfindən 473 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |