Şrift:
"Kapital Bank" kreditlə sığorta paketləri təklif etməyə başlayıb
26.12.2016 [10:38] - İqtisadiyyat
Azərbaycanda ilk dəfə olaraq "Kapital Bank" ASC-nin filiallarında "PAŞA Sığorta"nın bir sıra məhsullarının kreditlə satışı həyata keçiriləcək. İlk mərhələdə müştərilər avtomobillərin icbari sığortası məhsulunu Bankın filiallarından əldə edə bilərlər.
Bu barədə Bankdan məlumat verilib.
Avtomobillərin icbari sığortasının dəyərini "Kapital Bank"dan əmək haqqı və təqaüd alan müştərilər 6 aylıq faizsiz və komissiyasız kreditlə, digər müştərilər isə nağd şəkildə ödəyə bilərlər. Sənədləşmə üçün şəxsiyyət vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Sığortanın məbləği sürücünün və avtomobilin göstəriciləri əsasında sığorta proqramında avtomatik hesablanır.
Qeyd edək ki, yaxın zamanlarda "Kapital Bank" filiallarında, həmçinin daşınmaz əmlakın icbari və könüllü sığortasının satışı da həyata keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed