Şrift:
Azərbaycan sahibkarları Təbriz və Ərdəbilə gedəcəklər
26.12.2016 [10:39] - Gündəm, İqtisadiyyat
14-17 yanvar 2017-ci il tarixlərində Azərbaycan sahibkarlarının İranın Təbriz və Ərdəbil şəhərlərinə işgüzar səfəri planlaşdırılır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna istinadən verilən məlumata görə, səfər Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçiriləcək.

Səfər çərçivəsində Təbriz və Ərdəbil şəhərlərində İran iş adamları ilə biznes əlaqələrinin genişləndirilməsi üçün ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 644 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed