Şrift:
Almaniyada 31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə bağlı konfrans keçiriləcək
30.03.2012 [12:42] - Diaspor
Almaniyanın Nürnberq şəhərində “Avropada düşüncə azadlığı nə qədərdir?” mövzusunda konfrans keçiriləcək.

Məlumata görə, konfransı Nürnberq Türk Dərnəkləri tərəfindən 31 mart – Azərbaycanlıların Soyqırım Günü ilə bağlı təşkil edilir.

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) və Avronestdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da konfransa qatılacaq, məruzə ilə çıxış edəcək, iştirakçıların suallarını cavablandıracaq.

Konfrans çərçivəsində millət vəkili Qənirə Paşayeva və Qarabağın Azərbaycanlı İcmasının üzvü, sabiq millət vəkili Havva Məmmədovanın yazdığı və üç dildə çap olunmuş (Azərbaycan, Türkiyə türkcəsi, ingilis) “Hocalı Soykırımı: Tanıkların dilinden”kitabının, habelə millət vəkili Qənirə Paşayevanın “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə birgə yazdığı və üç dildə çap olunmuş (Azərbaycan, Türkiyə türkcəsi, ingilis) “Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım” kitabının təqdimatı da keçiriləcək. Bundan başqa millət vəkili Qənirə Paşayevanın səfər çərçivəsində bu ölkənin bəzi rəsmi şəxsləri, yerli dövlət qurumları, tanınmış qeyri-hökumət təşkilatları, mətbuat və media nümayəndələri ilə görüşləri də olacaq.

Qeyd edək ki, Nürnberq Türk Dərnəkləri 14 dərnəkdən ibarətdir. Bura Azərbaycan və Türkiyə türklərinin qurduqları cəmiyyətlər, Balkan dərnəkləri kimi digər dərnəklər daxildir.
Bu xəbər oxucular tərəfindən 1306 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed