27.12.2016 [10:21] - İdman
"Düşünürəm ki, bu bizim hamımız üçün yaxşı imkandır. Yığmanın heyətinə cəlb olunmuşuq və özümüzü sübut etməliyik. Bütün oyunçular özünü göstərməlidir. Burada qorxulu heç nə yoxdur".
Bunu "Qəbələ" klubunun futbolçusu Filip Ozobiç yerli mətbuata açıqlamasında Xorvatiya millisinə dəvəti haqda danışarkən deyib.
"Qırmızı-qaralar"ın heyətində ölkə çempionatı və Avropa Liqasının qrup mərhələsində çıxış etdikdən sonra ilk dəfə yığmaya dəvət alan 25 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən danışıb: "Mənim fikrimcə, Prosineçki Azərbaycanın bir nömrəli ulduzudur. Hətta eşitmişəm ki, ölkə başçısı uğurları münasibətilə onu təbrik edib. Düşünürəm ki, bu da Prosineçkinin statusunun sübutudur".
F.Ozobiç Bakıdan da söz açıb. O, paytaxtın möhtəşəm şəhər olduğunu söyləyib: "Bakı möhtəşəm şəhərdir. Bu şəhəri yeni Dubay adlandırmaq olar. Onlar futbolla maraqlanırlar. Ola bilər ki, stadionlarda kifayət qədər azarkeş olmasın, amma zamanla tribunalarda azarkeşlərin sayı artacaq".

Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |