Şrift:
SİLAHLI QÜVVƏLƏR: İLİN İTKİLƏRİNİN SAYI 18 NƏFƏRƏ ÇATDI
30.03.2012 [15:52] - Hərb
Martın 30-da “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən 2012-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 18 nəfərdir. İtkilərin 2-si döyüş, 16-sı qeyri-döyüş itkiləridir. Dünyasını dəyişənlərin 13-ü Müdafiə Nazirliyinin, 3-ü Daxili Qoşunların, 2-i isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olub.

Ən son itkilər martın 29-da Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində qeydə alınıb. Əsgər Abbasov Məmməd Abbas oğlu mübahisə zəminində avtomat silahdan atəş açaraq əsgər Həsənov Emil Qılman oğlunu qətlə yetirib və sonra da özünü öldürüb.
Bu xəbər oxucular tərəfindən 1163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed