27.12.2016 [10:34] - İdman
Bu hadisənin çox maraqlı bir tarixi vardır: rus çarlarından III Aleksandr 1888-ci ilin payızında öz ailəsi ilə birlikdə Qafqaza səyahətə gəlmişdi. Çarın Tiflisə gəlişi münasibətilə şəhərin ən gözəl guşəsi olan “Müçtehid bağı”nda böyük şənlik təşkil edilmişdi.
İlk yazı XIX əsrin məşhur xanəndəsi Məşədi İsi barəsində oldu. Bu dəfə isə görkəmli musiqişünas Firudin Şuşinskinin Bülbülcana həsr etdiyi yazısını təqdim edirik:
Qədim Tiflisin Qolovinski (indiki Rustaveli) prospekti həmişəki kimi qələbəlik idi. Birdən əynində vəznəli çuxa, atlas arxalıq, başında gümüşü papaq, çiynində aynalı tüfəng, qolunun üstündə qızıl quş olan bir atlı gəlib keçdi. Adamlar ayaq saxlayıb heyrətlə ona tamaşa etməyə başladılar. İncə ayaqlı Qarabağ atının və onun üstündəki adamın gözəlliyi baxanları heyran edirdi. Bu adam kimdir? O, baş küçədən nə hünərlə belə keçib gedir? Axı, Qolovinski prospektində at sürməyə yalnız Qafqaz canişininin və onun ən yaxın adamlarının ixtiyarı var. Lakin buradan Koroğlu vüqarı ilə at sürən adamın Qafqaz canişini ilə heç bir yaxınlığı yox idi. Bu, Azərbaycan xanəndəsi Əbdülbaqi Bülbülcan idi. Bəs necə olmuşdu ki, Əbdülbaqi Bülbülcan bu küçədən at sürməyə cəsarət etmişdir?!.
Bu hadisənin çox maraqlı bir tarixi vardır: rus çarlarından III Aleksandr 1888-ci ilin payızında öz ailəsi ilə birlikdə Qafqaza səyahətə gəlmişdi. Çarın Tiflisə gəlişi münasibətilə şəhərin ən gözəl guşəsi olan “Müçtehid bağı”nda böyük şənlik təşkil edilmişdi. Çalan kim, oynayan kim, hamı təzə libasda idi. Əbdülbaqi Bülbülcan da öz dəstəsi ilə bu şənlikdə iştirak edirdi. Cabbar Qaryağdı oğlunun yazdığına görə həmin məclisdə çarın sağlığına badə qaldırılarkən, Bülbülcan elə bir zəngulə vurur ki, III Aleksandr və arvadı onun səsinə heyran qalırlar. Bundan sonra III Aleksandr Qafqazı gəzdiyi müddətdə Bülbülcan onun məclislərində iştirak edir.
Çar qayıdıb Rusiyaya gedərkən Qafqaz canişininə tapşırır ki, Əbdülbaqinin nə arzusu olsa yerinə yetirsin. Canişin, Əbdülbaqini çağırıb çarın tapşırığını ona bildirdikdə, Bülbülcan xahiş edir ki, ona bir aynalı tüfəng bağışlasın və Qolovinski küçəsindən at sürməyə icazə versin. (Bülbülcan nadir istedada malik bir xanəndə olmaqla bərabər, gözəl at minən və yaxşı ovçu idi) Qafqaz canişini onun xahişini yerinə yetirir.
Əbdülbaqi Bülbülcan Kərbəlayı Əli oğlu Zülalov 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Başqa xanəndələr kimi Əbdülbaqinin də bir sənətkar kimi yetişməsində “Qafqaz konservatoriyası” adlanan Şuşanın musiqi həyatı həlledici rol oynamışdı.
Əbdülbaqi ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində almışdır. Məktəbi bitirdikdən sonra o, tarzən Sadıqcan ilə bərabər Qarabağ, Şəki, Şirvan və Gəncə məclislərində, el şənliklərində çıxış etməyə başlayır. Bu ustad sənətkarda həm gözəl səs, həm cazibədar sima, həm də yüksək səhnə mədəniyyəti var idi.
Təsadüfi deyildir ki, bir xanəndə kimi müasirlərinin, o cümlədən şairə Natəvanın rəğbətini qazanmışdı. Xan qızı Natəvanın bağında qurulan məclislərdə, xüsusilə onun Şuşaya su çəkdirməsi (18 avqust 1873-cü il) münasibətilə təşkil olunmuş xalq şənliyində Əbdülbaqi də yaxından iştirak etmişdir.
O, musiqişünas Mahmud ağanın dəvətilə dəfələrlə Şamaxı şəhərinə getmiş, orada təşkil edilən musiqi müsabiqələrində həmişə birinci yeri tutmuşdur. 1875-ci ilin əvvəllərində Əbdülbaqi Tiflis şəhərinə köçür. Zaqafqaziyanın mədəniyyət mərkəzi sayılan Tiflisdə xeyriyyə məqsədi ilə tez-tez konsertlər verilirdi. Həmin konsertlərdə yerli xanəndələr ilə birlikdə məşhur rus, italyan müğənniləri və musiqiçiləri da çıxış edərdilər.
Əbdülbaqi Tiflisdə ilk dəfə böyük tarzən Sadıqcanın müşayiəti ilə oxumuşdur. İlk çıxışdan sonra onların adı nəinki Tiflisdə, bütün Gürcüstanda məşhurlaşır. Az vaxtda o, Tiflisdə yaşayan müxtəlif tərkibli əhalinin sevimli müğənnisi olur. Əbdülbaqi qısa müddət ərzində gürcü dilini də mükəmməl öyrənir. O öz oxumaları ilə gürcü dinləyicilərini vəcdə gətirir. Az bir vaxtda Əbdülbaqi elə bir şöhrət qazanır ki, bütün Tiflisdə ona “Bülbülcan” deyirlər.
Bülbülcan Tiflis şəhərində yaşadığı müddət ərzində (1875-1905) bir neçə musiqi dəstəsi yaratmışdı. XIX əsrdə sazəndə dəstələri üç və yaxud dörd nəfərdən ibarət olardı. Lakin Bülbülcanın təşkil etdiyi hər dəstədə altı nəfər var idi. Böyük müğənninin dəstəsində A.Tarxanov (tar), Çipri (kamança), Ketran (yastıbalaban), Aleko (dəf), Hüseynbala (qoşanağara) kimi sənətkarlar birləşmişdi.
Əbdülbaqi Tiflisə gəldiyi ilk günlərdə xalqın xeyir-şər işlərində yaxından iştirak edərdi. O, tarzən Sadıq ilə birlikdə Tiflisdə yaşayan yoxsul müsəlmanların xeyrinə təşkil olunan konsertlərdə də yaxından fəaliyyət göstərərdi. O zaman Tiflisdə çıxan “Ziya” qəzeti Əbdülbaqinin və Sadığın iştirakı ilə verilən konsert tamaşaları haqqında qabaqcadan xəbərlər dərc edirdi. Belə konsertlərin biri haqqında qəzetin verdiyi elanlarda oxuyuruq:
“Bu yaxın vaxtda füqəra və misginlərdən ötrü Tiflisdə bina olunan İran xəstəxanasının sərmayəsinə qüvvət və mənfəət vermək qəsdilə həmin ayın 8-də Tiflisin teatr imarətində ibrətnüma və fərəh-əfza, növbənöv görməli və eşitməli tamaşalar olacaqdır. Avropa və Şərq nəğmələrində xoşavaz xanəndələr vasitəsi ilə muğamat musiqi icra olunacaqdır və Tiflis əhlinin dildadəsi olan xanəndə və sazəndələrdən Əbdülbaqi və Sadıq dəxi hazır olacaqdır. Əvvəliminci dəfədir ki, Tiflis və İran müsəlmanları bu gün (bunun kimi) baisi-fəxr (fəxr eləməli) və tərəqqi olan payəyə (pilləyə) qədəm qoyacaqlar”.
Əbdülbaqi öz musiqi dəstəsi ilə Tiflisdə yerli teatr həvəskarlarının tamaşalarında da fasilə zamanı çıxış edərdi. ”Qafqaz” qəzetində verilən elanlardan birində oxuyuruq: “Bu gün 22 iyun 1886-cı ildə Arsurini teatrının binasında həvəskarlar tərəfindən tatar (Azərbaycan - F. Ş.) dilində M. F. Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası oynanılacaq. Tamaşanın fasilələrində Əbdülbaqinin sazəndə dəstəsi çalacaqdır”. Bülbülcanın musiqi dəstəsi şəhərin “Müctehid”, “Avropa” və başqa bağlarında təşkil olunan xalq gəzintilərində və bal-maskaradlarında da dəfələrlə çalıb-oxumuşdur.
1900-cü ilin may ayında Müzəffərəddin şahın Tiflisə gəlməsi münasibəti ilə saray bağında düzəldilən böyük məclisdə adlı-sanlı xanəndələr arasında Əbdülbaqi də vardı. Əbdülbaqi bu məclisdə elə bir məharətlə oxuyur ki, Müzəffərəddin şah heyran qalır. O, Əbdülbaqini xanəndəlik hünərinə görə “Şiri-Xurşid” ordeni ilə təltif edir…
Bülbülcan fitri istedada, məlahətli səsə, təsirli nəfəsə və güclü zənguləyə malik bir müğənni olmuşdur. Səsə dinamik boyalar verməkdə, bir neçə forma və mərtəbədə şaqraq zəngulələr vurmaqda seçilən Bülbülcana çoxları həsəd aparmışlar. Ümumiyyətlə, xanəndəlik sənətində zəngulə vurmaq əsas amillərdən biridir. Elə bir muğamımız yoxdur ki, orada zəngulə olmasın. Qaryağdı oğlu Cabbar zəngulə vurmağı böyük xanəndəmiz Əbdülbaqidən öyrəndiyini dəfələrlə etiraf etmişdi. Bülbülcan “Çahargah” və “Zabul” dəstgahlarının “hasar” və “Müxalif” şöbələrini elə çoşğun zəngulə ilə oxuyarmış ki, ona musiqiçilər arasında “hasar-müxalif” deyərmişlər.
Bülbülcanın böyük sənəti və gözəl zəngulələri haqqında el arasında bir çox əfsanələr və rəvayətlər söylənməkdədir.
Cabbar Qaryağdı oğlu “Keçmiş Azərbaycan musiqisi” adlı xatirələrində yazmışdır: “Xarrat Qulunun şagirdi, bütün Qafqazda məşhur olan xanəndələrdən Əbdülbaqi Zülalov, “Zabul” dəstgahını çox təmtəraqla oxuyardı. “Hasar”a keçəndə elə bir səda ilə oxuyardı ki, heç bir kəs bunu bacarmazdı. Çünki “hasar” zəngulə istəyən nəğmədir, Əbdülbaqi isə gözəl zənguləli səsə malik olduğundan bu muğamı layiqincə ifa edərdi”.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bülbülcan Bakıya gəlir və Şərq konservatoriyasında müəllimlik edir. 1921-ci ildə Azərbaycan artistlərinin bir qrupu təşviqat briqadası ilə respublikanın rayonlarına göndərilmişdi. Həmin briqadanın tərkibində Ə. Zülalov və tarzən Qurban Pirimov da var idi.
1923-cü ildə Bülbülcan muğamatdan dərs demək üçün Üzeyir Hacıbəylinin təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbinə dəvət edilir. Yaşının çox olmasına baxmayaraq Əbdülbaqi Zülalov müğənnilik fəaliyyətini davam etdirməklə bərabər gənc xanəndələrin yetişdirilməsinə xüsusi səy göstərir.
Ustad xanəndənin sənəti bir çox məşhur musiqişünasların diqqətini cəlb etmişdir. Ü. Hacıbəyli məqalələrinin birində Qafqaz millətləri arasında tanınmış və beynəlmiləl truppa düzəltmiş musiqiçilər içərisində Əbdülbaqinin adını çəkərək yazmışdır:
“...Tarzən Sadıqların, xanəndə Əbdülbaqilərin adları və sədaları Qafqazın hər bir yerində məşhur olub beynəlmiləl bir mahiyyətdə ad qazanmışlar”.
Əbdülbaqinin bir çox layiqli və istedadlı şagirdləri olmuşdur. Cabbar Qaryağdı oğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Vahab bəy, Molla Abbas, Seyid Şuşinski kimi məşhur xanəndələr ondan çox şey öyrənmişlər. Zülalovlar ailəsinin Azərbaycan incəsənət tarixində “istedadlar ailəsi” kimi tanınması təsadüfi deyildi. Əbdülbaqinin qızı, nəvəsi və qardaşı uşaqları: Əzizə xanım, Sona xanım, Əli və Qəmbər gözəl səsləri və mahir sənətləri ilə Bülbülcanın nəcib ənənələrini layiqincə davam etdirmişlər.
Bülbülcanın 70 illik xanəndəlik fəaliyyətini və Azərbaycan musiqisinin inkişafı tarixindəki xidmətlərini nəzərə alan Sovet hökuməti böyük sənətkarı əmək qəhrəmanı kimi yüksək ada layiq görmüş və ona şəxsi təqaüd təyin etmişdi. Böyük sənətkar Əbdülbaqi Bülbülcan 1927-ci ilin avqust ayında Bakıda 86 yaşında vəfat etmişdir.

Bu xəbər oxucular tərəfindən 595 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |