Şrift:
Avropa Parlamenti Kosovonun müstəqilliyini tanımayan beş ölkədən tezliklə Kosovonun müstəqilliyini tanımasını istəyib
30.03.2012 [15:59] - Siyasət
Martın 29-da Avropa Parlamenti Kosovonun müstəqilliyini tanımayan beş ölkədən – İspaniya, Rumıniya, Yunanıstan, Slovakiya və Kiprdən tezliklə Kosovonun müstəqilliyini tanımasını istəyib. AzərTAc xəbər verir ki, Kosovo vətəndaşlarının təcriddən çıxması və viza müzakirələrinin başlanması maddələrinin yer aldığı qətnamə 375 səs lehinə, 97 səs əleyhinə, 76 səs bitərəf olmaqla qəbul edilib.

1999-cu ildən Serbiyanın nəzarətindən çıxarılaraq BMT-nin himayəsində olan Kosovo 2008-ci il fevralın 17-də müstəqilliyini elan edib. 88 ölkə Kosovonun müstəqilliyini tanıyıb. Ancaq dünya birliyinin bu məsələdə rəyi haçalanıb. Bir sıra dövlətlər, o cümlədən Azərbaycan Kosovonun müstəqilliyini tanımır.

Bu il fevralın 24-də in Serbiya və Kosovo 2008-ci ildən bəri ilk dəfə müqavilə imzalayıblar. Müqavilə mübahisəli sərhədlərin birgə qorunmasını və Kosovonun Balkan bölgəsi təşkilatlarında iştirakını nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 1180 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed