Şrift:
Yola saldığımız ildə Azərbaycan idmançıları 837 medal qazanıblar
27.12.2016 [15:16] - İdman
Yola saldığımız ildə Azərbaycan idmançıları irimiqyaslı beynəlxalq turnirlərdə 837 medal qazanıblar. Bu medallarda 297-si qızıl, 250-si gümüş, 290-nı isə bürüncdür.

Bu sözləri gənclər və idman naziri Azad Rəhimov 2016-ci ilin idman yekunları ilə əlaqədar dekabrın 27-də keçirilən mətbuat konfransında deyib.

Azad Rəhimov qeyd edib ki, 2016-cı ildə respublikamızda fəaliyyət göstərən federasiyalarla birlikdə Azərbaycanda 200-dən çox yarış təşkil olunub. Cari ildə Azərbaycan 52 beynəlxalq turnirə yüksək səviyyədə ev sahibliyi edib.

Nazir deyib ki, müxtəlif idman növləri üzrə yığma komandaların hər biri 12 gündən az olmayaraq, 100-dən çox təlim-məşq toplanışında iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed