Şrift:
Azərbaycan XİN Dağlıq Qarabağda separatçıların keçirməyə hazırlaşdığı “prezident seçkisi”nə münasibətini açıqlayıb
30.03.2012 [16:11] - Siyasət
“Bu, Ermənistanın münaqişənin həllinə yanaşmasını, beynəlxalq hüquq normalarına hörmətsizliyini göstərir”


Azərbaycan Xarici İşlər Nazirliyi işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçıların keçirməyə hazırlaşdığı “prezident seçkisi”nə münasibətini açıqlayıb. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya açıqlamasında faktı Ermənistan hakimiyyətinin növbəti provokasiyası adlandırıb: “Bu, Ermənistanın münaqişənin həllinə yanaşmasını, beynəlxalq hüquq normalarına hörmətsizliyini göstərir və bu ölkənin BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, Avropa Parlamenti kimi beynəlxalq qurumlar tərəfindən qəbul olunan qətnamələri tam inkar etməsi deməkdir”.

E. Abdullayev bəyan edib ki, Ermənistan bu addımı ilə danışıqlar prosesinə növbəti zərbə endirəcək: “Onlar bununla işğalçılıq siyasətini davam etdirdiklərini göstərirlər”.
Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed