Şrift:
Əhməd Davudoğlu : «İstanbuldan sonra türkcə ən çox danışılan şəhər Tehrandır»
30.03.2012 [17:42] - Xəbərlər
Türkiyə hökumət başçısı Rəcəb Taib Ərdoğanın İrana səfəri zamanı daha çox diqqətçəkən məqamlardan biri ölkənin xarici işlər naziri Əhməd Davudoğlunun çıxışıdır.

Türkiyəli diplomat İslam Cümhuriyyəti ilə Türkiyə Cümhuriyyəti arasında əlaqələri müsbət qiymətləndirərək mədəniyyət bağlarından da danışıb. Bu barədə Teleqraf.az İranın «Fars» xəbər agentliyinə istinadən xəbər yayıb.

O, Tehranda Yunis İmrə adına türk mədəniyyət mərəkəzinin açılışından və bu mərasimdə iştirakdan məmnun olduğunu söyləyib: «Əlaqələrimiz iki qonşu dövlət olmaqdan da üstündür.Türkiyə ilə İran sıradan iki qonşu dövlət deyil. Bəli, qonşuyuq, sərhədlərimiz uzun illərdir barış sərhədidir".

Əhməd Davudoğlu daha sonra Türkiyə-İran ələqalərini kənardan izləyənlərə örnək göstərmək istədiyini də deyib: "İstanbuldan sonra türkcə danışılan ikinci şəhər hansıdır? Ağla ilk gələn Ankara ola bilər. Ancaq saysaq, görərik ki, Tehranda türkcə danışanların sayı daha çox olar, ya da İstanbulda türkcə danışanlarla baş-başa çıxar. Belə bir kültür ortaqlığımız var. Təbrizdə, Urmiyada və bir çox başqa şəhərlərdə ortaq mədəniyyətmizin bütün ünsürlərini görərsiniz. Həmin şəhərləri gəzsəniz heç vaxt özününüzü yabançı, qərib hissə etməzsiniz...»

Xatırladaq ki, ötən ay İranın xarici işlər naziri Ələkbər Salehi Türkiyədə rəsmi səfərdə olarkən təxminən eyni fikirlər səsləndirmişdi: «Mədəni özəlliklərimiz iki xalqı bir araya gətirmək üçün önəmlidir. İranlıların 40 faizi türkcə danışır. İranla Türkiyə arasında böyük bir bağ var».
Bu xəbər oxucular tərəfindən 1307 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed