Şrift:
Azərbaycan və Rusiya ombudsmanları əməkdaşlıq haqqında saziş imzalayacaq
28.12.2016 [11:15] - Hüquq
Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova azərbaycanlı həmkarı Elmira Süleymanova ilə iki ölkə arasında əməkdaşlığa dair saziş imzalamağı planlaşdırır.
Bu barədə Rusiyanın Ombudsman Aparatının saytında məlumat verilir.
Məlumata görə, Moskalkova 28-29 dekabr tarixlərində Azərbaycana işgüzar səfərə gələcək.
"Tatyana Moskalkova Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova ilə işgüzar görüş keçirəcək. Görüş zamanı əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır", - deyə məlumatda qeyd olunur.
Bundan əlavə, Rusiya ombudsmanı səfər zamanı Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov və Azərbaycanın baş prokuroru Zakir Qaralov ilə danışıqlar aparmağı planlaşdırır.
Bu xəbər oxucular tərəfindən 541 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed