Şrift:
Almaniya klubu türk baş məşqçisini istefaya göndərib
28.12.2016 [11:16] - İdman
Almaniya 2-ci Bundesliqasında çıxış edən "Kayzerslautern" komandası türk baş məşqçisi Tayfun Korkutu istefaya göndərib.
Bu barədə klubun rəsmi saytı yazıb.
Buna komandanın II divizionda qənaətbəxş nəticə göstərməməsi səbəb olub. "Kayzerslautern" çempionatın 17 turundan sonra turnir cədvəlində 19 xal ilə 13-cü yerdə qərarlaşıb. "Qırmızı şeytanlar" 4 qələbə və 7 heç-heçəyə nail olublar.
Tayfun Korkut "Kayzerslautern"ə ötən yay gətirilib. 42 yaşlı mütəxəssis bunadək "Hannover 96" klubunu çalışdırıb (2014-2015). Lakin türk məşqçi oradan da istefaya göndərilib.
Qeyd edək ki, Korkut futbolçu ikən "Ştutqarter Kikers", "Fənərbaxça", "Real Soseydad", "Espanyol", "Beşiktaş" və "Gənclərbirliyi" komandalarının şərəfini qoruyub.
Bu xəbər oxucular tərəfindən 538 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed