28.12.2016 [15:04] - Sosial
Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, Azərbaycanın sosial müdafiə sistemi geniş əhatəliliyə malikdir və bu sistem yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edir.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul olunması ilə ölkəmizdə ilk Ombudsman institutunun yaradılmasının 15 illiyi münasibəti ilə keçirilən tədbirdə deyib.
İ.İsayev bildirib ki, aparılan islahatlar Azərbaycanda vətəndaşların əmək və sosial müdafiə sahəsində müasir və şəffaf xidmətlərlə təminat hüquqlarının reallaşmasına şərait yaradıb. Sosial müdafiə sistemi insan hüquqlarının müdafiəsinin ən fundamental parçası kimi qiymətləndirilə bilər. Bu sistem insan hüquqlarının təminatında, yoxsulluğun azaldılmasında, insan kapitalının artırılmasında mühüm rol oynamaqla, daxili məcmu istehlakı stimullaşdırır, iqtisadi inkişafı və siyasi sabitliyi təmin edir. Sosial müdafiə sisteminə yönəldilən xərcləri isə passiv xərclər kimi deyil, iqtisadiyyata və stabilliyə qoyulan investisiya kimi qiymətləndirmək lazımdır.
İ.İsayev qeyd edib ki, BMT-nin Ümumdünya insan hüquqları Bəyannaməsinin 22-ci maddəsinə görə, hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat hüququ vardır. Hər bir insan öz ləyaqətini qoruyub saxlaya bilmək, öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə dövlətin strukturuna və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir: “Təəssüf ki, heç də bütün ölkələrdə bu hüquqlar bərabər səviyyədə təmin olunmur. Beynəlxalq Əmək Təşkilatının məlumatlarına görə, dünya əhalisinin yalnız 30 faizi sosial təminat sistemi ilə əhatə olunub, 70 faiz əhalinin isə bu sistemə qismən çıxışı vardır və ya bu sistemdən tam kənardadır”.
Nazir müavini bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasında hər bir kəs üçün sosial təminat hüquqları və ölkənin digər qanunvericilik aktlarında da həmin hüquqlarla bağlı bütün təminatlar əksini tapıb. Bu da ölkədə həyata keçirilən sosial siyasətin prioritetliyindən irəli gəlir: “Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə güclü və ciddi iqtisadi islahatların düşünülmüş sosial siyasətlə tamamlandığını, aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığını bəyan edib. Bu sosial siyasət əhalinin etibarlı sosial müdafiəsinə, xüsusilə aztəminatlı ailələrin, sosial cəhətdən həssas qrupların həyat keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar yaradıb”.
İ.İsayev aparılan islahatlar nəticəsində ölkədə müasir sosial müdafiə sistemi və sosial infrastrukturun formalaşdığını qeyd edib: “Respublikamızda sığorta prinsiplərinə və fərdi uçot sisteminə əsaslanan 100 faizlik əhatə dairəsinə malik pensiya sistemi fəaliyyət göstərir və bu sistemin təkmilləşdirilməsi işlərinin davamı kimi yeni strategiyanın icrasına başlanıb. Sosial müdafiə sistemi vasitəsilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506 min nəfər müxtəlif növ müavinətlər, 162 min ailənin 707 min nəfər üzvü ünvanlı sosial yardım alır. Bu insanlara hər ay təqribən 316 milyon manat vəsait ödənilir”.
Nazir müavini bildirib ki, Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, Azərbaycanın sosial müdafiə sistemi geniş əhatəliliyə malikdir və yoxsulluğun azaldılmasında mühüm rol oynayan bu sistem yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edir. Həmin sistem vasitəsilə ödənilən pensiyalar, müavinətlər və sosial yardımlar həmin əhali təbəqəsinin gəlirlərinin artırılmasına əhəmiyyətli təsir göstərir.
O əlavə edib ki, Azərbaycan BMT-nin İnkişaf Proqramının “İnsan İnkişafı Hesabatı”nda insan inkişafı indeksinə görə 188 ölkə arasında 78-ci yerdə qərarlaşaraq, yüksək inkişaf səviyyəsinə malik ölkələr qrupuna daxil olub: “Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial sığorta ödəyiciləri də nəzərə alınmaqla ölkə əhalisinin 40%-nə, başqa sözlə, 4 milyon nəfərə yaxın əhali kontingentinə xidmət göstərilir”.
İ.İsayev insanların əmək və sosial hüquqları ilə bağlı BMT-nin Ümumdünya insan hüquqları Bəyannaməsindən, beynəlxalq konvensiyalardan irəli gələn prinsipləri qeyd edib, bu hüquqların Azərbaycan Respublikası Konstitusiyasında, ölkənin digər qanunvericilik aktlarında öz əksini tapdığını nümunələr əsasında diqqətə çatdırıb: “Əmək və sosial hüquqların reallaşdırılması üçün müvafiq sosial infrastruktur mövcuddur və bu kriteriyalar üzrə ölkəmizdə vəziyyət inkişaf etmiş ölkələrdəki vəziyyətlə eynidir”.
Nazir müavini vurğulayıb ki, insanların əmək və sosial təminat hüquqlarının reallaşdırılması sosial müdafiə tədbirlərində əhatəliyin və ünvanlılığın təmin edilməsinə, əmək və sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanlarının yaradılmasına, sosial xidmətlərin təqdim edilməsində innovativ texnologiyaların tətbiqinə və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə əsaslanır. Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqavilələrinin elektron qeydiyyatı, ünvanlı dövlət sosial yardımı, əlilliyin qiymətləndirilməsi və avtomatlaşdırılmış pensiya təyinatı sistemləri formalaşdırılıb. Bu sistemlər müvafiq sahələrdə idarəetmənin müasir texnologiyalar əsasında təkmilləşməsinə səbəb olmaqla yanaşı, sosial müdafiə sistemində ünvanlılıq və şəffaflıq prinsiplərinin təmin olunmasına, digər tərəfdən əhalinin həssas kateqoriyalarına yönələn vəsaitlərin istifadəsində səmərəliliyin artırılmasına imkan verib: “2014-cü ilin 01 iyul tarixindən istifadəyə verilən əmək müqavilələrinin elektron qeydiyyat sistemində hazırda 1 milyon 271 min 407 əmək müqaviləsi qeydiyyatdadır. İlk dəfə olaraq bu sistem vasitəsilə əmək münasibətlərinin hüquqi əsasları elektron müstəviyə çıxarılıb”.
Sistemin üstünlüklərini diqqətə çatdıran İ.İsayev onu da bildirib ki, işçilər onlarla bağlanan, dəyişiklik edilən və ya xitam verilən əmək müqavilələri barədə sistem vasitəsilə təfsilatı məlumatı əldə edərək, öz əmək və sosial təminat hüquqlarını müdafiə etmək imkanı qazanırlar: “Bu islahat tədbiri işçilərin əmək və gələcək sosial təminat, gələcəkdə layiqli pensiya təminatına malik olmaq hüquqlarının real təminat forması olmaqla, həmçinin işəgötürən üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının qorunmasına mühüm əsas formalaşdırmaqla yanaşı, sosial sığorta haqları və vergi daxilolmalarının artmasına da imkan yaradıb”. Nazir müavini həmçinin vətəndaşların “İş yerindən arayış” e-xidməti vasitəsilə öz iş yeri, əmək haqqı və digər parametrlər barədə elektron formada məlumat təqdim edə bildiklərini, cari ilin 11 ayı ərzində həmin e-xidmətdən 205 min nəfərin istifadə etdiyini bildirib.
İ.İsayev Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə sosial yardım üçün müraciət edilməsi və yardım təyinatı prosedurlarının elektron rejimdə həyata keçirilməsinin təmin edildiyini deyib: “Beləliklə, ünvanlı sosial yardım təyinatında vətəndaş-məmur təmasları aradan qaldırılıb və şəffaflıq tam təmin edilir. Son nəticədə bu, sosial təminat hüquqlarından istifadədə vətəndaş məmnunluğuna səbəb olub. İşə başladığı 2016-cı ilin 15 fevralından 01 dekabr tarixinədək VEMTAS tərəfindən 57,8 min ailəyə avtomatlaşdırılmış şəraitdə sosial yardım təyinatı aparılıb”.
Ölkəmizin əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı dolğun hüquqlar sisteminə malik olmasından bəhs edən İ.İsayev həmçinin müvafiq Əsasnaməyə edilən dəyişikliklərlə cari il noyabr ayının 15-dən əlilliyin avtomatlaşdırılmış sistem vasitəsilə, yəni məmur-vətəndaş təmasları olmadan, tam şəffaf şəkildə qiymətləndirilməsinə başlandığını qeyd edib. O, eyni zamanda sistem tərəfindən avtomatlaşdırılmış şəkildə əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyin müddətsiz müəyyən edildiyini, ikinci və üçüncü dərəcə əlilliklərin müddətinin 5 ilədək uzadıldığını, nəticədə hər il təkrar müayinə edilməli olan 200 minə yaxın vətəndaşın bu prosedurdan keçməsinə ehtiyac qalmadığını diqqətə çatdırıb.
Nazir müavini fəaliyyət sahələrinin avtomatlaşdırılması nəticəsində nazirliyin 30-a qədər elektron xidmətinin istifadəyə verildiyini də bildirib: “Cari ilin 11 ayında həmin e-xidmətlərə 5 milyon 661 min dəfə müraciət edilməsi onlara olan böyük sosial tələbin əyani göstəricisidir. 2016-cı ilin 9 ayında e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. Hazırda nazirliyin fəaliyyətinin 4-cü mühüm istiqaməti olan məşğulluq xidmətləri və işsizlik müavinətinin təyin olunması sahəsinin avtomatlaşdırılması istiqamətində də gərgin iş aparılır və fikrimcə, növbəti ilin ilk rübündə bu proses də yekunlaşacaqdır”.
Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycan BMT üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Həmin 17 Məqsəddən 4-ü birbaşa sosial sahəyə aiddir. Onların sırasına hər yerdə yoxsulluğun bütün formalarına son qoyulması, gender bərabərliyinə nail olunması, eləcə də bütün qadın və qızların səlahiyyətlərinin genişləndirilməsi, davamlı, inklüziv və dayanıqlı iqtisadi inkişafın, tam və səmərəli məşğulluğun və hamı üçün layiqli iş imkanlarının təşviq edilməsi, ölkələrin daxilində və ölkələr arasında bərabərsizliklərin azaldılması daxildir: “Azərbaycan dayanıqlı və inklüziv iqtisadi inkişafı təbliğ etmək, institusional bacarıqları, eləcə də səmərəli ictimai və sosial xidmətləri gücləndirmək, həmçinin ətraf mühitin idarə edilməsi və təbii fəlakətlərə qarşı dayanıqlığı artırmaq əzmindədir. Bildiyiniz ki, hazırda bu istiqamətdə tədbirlər həyata keçirilməkdədir. Düşünürəm, yeni Qlobal Məqsədlər insanların sosial təminat və əmək hüquqlarının tam mənada reallaşdırılmasında bizə kömək edəcəkdir”.

Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |