Şrift:
Karlos Teves rəsmən dünyanın ən yüksək ödənişli futbolçusu olub
29.12.2016 [10:18] - İdman
Argentinalı futbolçu Karlos Teves Çinin "Şanxay Şenxua" klubu ilə müqavilə imzalayıb.
32 yaşlı hücumçu yeni komandasında həftəsinə 615 min avro alacaq ki, bu da onu dünyanın ən yüksək ödənişli futbolçusu edəcək.
Belə olan halda o, İspaniya "Real"ının həftəsinə 365 min avro alan portuqaliyalı futbolçusu Kriştiano Ronaldonu geridə qoymuş olub.
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed