Şrift:
Türkiyədə 70 polisin həbs edilməsi ilə bağlı əməliyyat başlayıb
30.12.2016 [10:55] - Gündəm, Hüquq
Türkiyənin 5 əyalətində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 70 polis əməkdaşı barəsində həbs qətiimkan tədbiri seçilməsi haqqında sanksiya verilib.
"Anadolu" agentliyi xəbər verir ki, onlar FETÖ ilə bağlı keçirilən istintaqa cəlb ediliblər. Onların arasında polis sıralarından çıxarılanlar da var.
Ankara polisi və təhlükəsizlik orqanı onların həbs olunması istiqamətində 5 əyalətdə əməliyyata başlayıb.
Bu xəbər oxucular tərəfindən 643 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed