Şrift:
Azərbaycan yığmasının futbolçusu məhsuldar ötürmə müəllifi olub
30.12.2016 [11:01] - Gündəm, İdman
"Bursaspor" klubu Türkiyə Kubokunda qrup mərhələsinin IV turunda II Liqada mübarizə aparan "Aydınspor 1923"ü qəbul edib.
Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Meydan sahiblərinin heyətində Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz 90 dəqiqə çıxış edib. 42-ci dəqiqədə məhz onun ötürməsindən sonra komanda yoldaşı Sercan Yıldırım hesabı açıb.
Həmin vaxt qonaqlar 36-cı dəqiqədə Ömer Karancının qırmızı vərəqə alması səbəbindən azlıqda olub. Lakin Sercan Denizin oyun ərzində daha 3 ötürməsini qola çevirə bilməyib. Üstəlik, 52-ci dəqiqədə Berat Ali "Aydınspor 1923"ün bərabərlik qolunu vurub. Oyundan sonra bursalı azarkeşlər sevimli komandalarına uzun müddət etiraz ediblər.
Bu nəticədən sonra "Busaspor" G qrupunda 5 xalla "Akhisar" və "Aydınspor 1923" komandaları ilə birgə 2 - 4-cü yerləri bölüşür. Qrupa isə 6 xalla "Umraniyespor" başçılıq edir.
Bu xəbər oxucular tərəfindən 644 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed