Şrift:
Düyü vasitəsilə orqanizmi cavanlaşdırın: Tibet lamalarının istifadə etdiyi metod!
30.12.2016 [11:59] - Gündəm, Sağlıq
Düyü detoksu ilə bədəni şlaklardan və toksinlərdən təmizləmək mümkündür.
Tibet lamaları orqanizmi məhz düyü vasitəsi ilə təmizləyərdilər. Ona görə də uzunömürlü və sağlam olardılar.
Sirr ondadır ki, bu reseptdə düyüdən dərman kimi istifadə etmək lazımdır. O, üzün rəngini yaxşılaşdırmağa, dəri problemlərini həll etməyə, orqanizmi zəhər və şlaklardan təmizləməyə, oynaqlarda ağrıları azaltmağa və ümumi səhhəti yaxşılaşdırmağa qadirdir. Bundan əlavə, düyü müalicə kursundan sonra daha sağlam olursan və cavanlaşırsan.
Orqanizmi cavanlaşdırmağa kömək edən çox asan resepti təqdim edirik.
Əməl etməli olduğunuz əsas şərt: Düyünü səhər mütləq acqarına yemək lazımdır. Belə səhər yeməyindən 3 saat sonra yemək və içmək olmaz.
Beləliklə, adi düyü və xörək qaşığı alın. Sonra qaşıqla qazana yaşınız qədər düyü tökün. Onu yuyub təmizləyin və banka tökün. Üzərinə qaynanmış su əlavə edib qapağını bağlayın və sonra soyuducuya qoyun.
Səhərlər 1 dolu xörək qaşığı düyü alın, üzərinə su əlavə edib 3-4 dəqiqə duz vurmadan bişirin. Onu acqarına hər səhər səkkizin yarısına qədər yeyin. Qalan düyüyə yenidən qaynanmış su töküb soyuducuya qoyun. Bu proseduru düyü bitənə qədər hər gün təkrar etmək lazımdır.
Bu qeyri-adi üsulun digər sirri ondan ibarətdir ki, düyü kristal quruluşa malikdir. Biz düyünü yumşalması üçün suya qoyanda tərkibindəki nişastanı çıxarırıq, taxılda isə özəklər yaranır. Düyü unundan hazırlanmış sıyıq isə mədədə həzm olunur, qarında taxıl adsorbent kimi fəaliyyət göstərir.
Bu xəbər oxucular tərəfindən 917 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed