30.12.2016 [12:09] - Gündəm, DAVAMın yazıları
Soyuq və isti səslərin eyni rüzgar içində fırtına qopardığı Cavid səhnəsi... Hər zaman seçilən və öz dadı, öz qoxusu olan bir səhnə. Uşaqlığımın təməli, həyatımın əvvəli Cavid...
Naxçıvan şəhərində H.Cavid adına 5 saylı orta məktəbin 1-ci sinfinə daxil olduğumu xatırlayıram. Yox, bu xatirə deyil. Çünki zamanla unudulur belə şeylər. Mən də uşaqlığımın və gəncliyimin böyük bir hissəsini çoxdan unutmuşam. Bəlkə də qocalıq nəsib olsa, o zaman deyilənə görə, insan öz keçmişini təzədən yaşayır. Ancaq belədirsə, bu da bioloji prosesdir. Mən təbiətin verdiklərinə heç bir zaman xüsusi münasibət bəsləməmişəm. Çünki ən azından onları mən qazanmamışam və mənə verilənlər bir başqa şəkildə hər kəsə verilmişdir. İlahi ədalət ölçülərinə görə isə, kimsənin kimsədən bir üstünlüyü və özəlliyi yoxdur.
Lakin mən Cavidi qazanmışam. Uşaqlığımı, gəncliyimi bilincli şəkildə qurban vermək hesabına.
Unutmaram, çünki H.Cavid mənim məişətimin bir parçası deyildi. Elə məişət olmaz! 6 yaşında bir uşaq;
Arkadaşlar, sormayın, heç sormayın,
Sızlayan bir qəlbə atəş vurmayın,
Sormayın ariflər, ey fərzanələr,
Anlamaz dərd əhlini biganələr.
Sormayın əsla kiməm mən, ya nəyəm,
Şimdi mən bir sayqısız divanəyəm...
deyə səhərdən-axşama söylənib ortalarda dolaşmaz. Bəli, Cavid mənim uşaqlıq sevincimə, dostlarıma, gəncliyimin ehtiraslı məhəbbətinə mane oldu.
Heç bir fəlsəfə-filan daşımırdım. Hələ də yuxusunda Stalini görüb, qorxu və sevinc qarışıq nəmli gözlərlə yuxudan oyanan sovet atalarının övladlarında fəlsəfə nə gəzər?! Mən H.Cavidi sadəcə çox sevirdim. Evi evimizin yanında idi. Semantik qonşuluq bağlarımız vardı Cavidlə. Mən onu o kiçik şəhərdə rəsmən görürdüm və bunu həqiqət sanırdım. Niyə? Hansı məntiqlə mən çocuqluğumu Cavid poeziyasının içində əritdim?
İndi düşünürəm ki, məni gələcək həyata, əgər adına həyat demək mümkündürsə, irəlidə yaşayacağım talehsiz dərvişliyə elə Cavid sürüklədi. O bais oldu bütün bunlara. Tanımayanlar soruşa bilərlər: nəyə? Əlbəttə ki, uşaqlığını yaşaya bilməyən heç böyüklüyünü də yaşaya bilməz. Çünki bu adam ümumiyyətlə yaşamağın nə olduğunu bilmir. Bilsəydi H.Cavid olmazdı. O insanlar yaşamağı deyil, ölməyi bacarırlar. Ölməyi bacaranlar isə, özlərini yox başqalarını yaşadanlardır. Yox, mən pafoslu danışmıram. Cavid ailəsini yaşatmadı, əksinə onların da özü kimi nakam məişət taleyinə bais oldu. Övladlarını evləndirə bilmədi, həyat yoldaşına xoş gün göstərə bilmədi, böyük və mütləq çoxluğun bioloji nəsilartırma prinsipinə riayət edə bilmədi. Bəs onda Cavidin həyat verdiyi o başqaları kim idi? Onlar Şeyx Sənan, Xəyyam, Peyğəmbər idi. Bəli, onlar ölü idilər. Peyğəmbərini o zaman deyil, indi öldürən bir ümmətə yeni, sevən və sevilən bir Abdullah oğlu bəxş elədi Cavid.
Səni əfv etdi o hüsni-əzəli,
O gözəldir, sevər əlbət gözəli.
Unudulmuş Fəridəddin Əttar Nişaburinin bizim coğrafiyaya yetişə bilməyən Şeyx Sənanını diriltdi Cavid. Tərsa qızına İlahi təcəlla verdi. Eşq üçün küfrün imandan daha mühüm olduğunu, daha doğrusu, imanın ölü, küfrün diri olduğunu göstərdi.
Beş gün ömrün neçə əfsanəsi var,
Eşqi var, badəsi, peymanəsi var,
Sonu həsrətlə bitərkən, əfsus,
Yenə dünya dolu pərvanəsi var.
Bu da Xəyyamın yeni üzü. Əslində onun obrazlarının heç birisi yeni deyildi. Onlardakı yenilik Cavidin özü idi. "Azər"ə avtoportret deyirlər. Zatən özü də "Azər" haqqındakı qeydlərdə bunu yazmışdı. Ancaq bəlkə özünün də xəbəri yox idi ki, onun bütün əsərləri və hətta bütün mühüm obrazları onun özü idi.
Hətta İblis də Cavidləşmişdi. Elə onun kütlədən fərqi də bu idi ki, yazsaq da yazmasaq da hərəsi bir əsər olan əməllərimizdə biz özümüzü iblisləşdiririk. Cavid isə bunun əksini yapdı. Bəşər övladının heç bir günahını İblisin üstünə yıxmadı.
Röya kimi hər dəmdə olub zahurü qaib,
Mən Şərqdə abid oluram, Qərbdə rahib...
Aydın deyilmi? Belə məlum olmurmu ki, Cavidin iblis deyə, mələk deyə, hətta Allah deyə uydurduğu obrazların hamısı insandır?!
Aydındır, hər kəsə aydındır. İblis də mələk də hər kəsə bəllidir. Təkcə Cavid bizə aydın deyil. Onu yenə də həbs edirik. Bu dəfə onu daş zindanlara yox, cəhalət zindanına göndəririk. İndiki Sibir bizim soyuq qəlblərimizdir. Bəlkə də onu gecəyarısı evindən çıxarıb aparanda biz daha çox Cavidli idik. İndi isə biz Cavidsizik. Bəlkə də o illərin qaranlıq zindanları bizim indi daşıdığımız qaranlıq qəlbimizdən daha geniş, daha işıqlı idi!
Şairəm, bəslədiyim sidqü səfa,
Çırpınıb izlədiyim nuri-dəha.
Şerü ilhamımı dinlər mələkut,
Ruhi-məcruhumu izlər cəbərut
Mən fəqət hüsni-Xuda şairiyəm,
Yerə enməm də səma şairiyəm!
Belə pafoslu görünməyinə aldanmayın. Bayaq dedim, obrazlarını öz düşüncələri ilə danışdırır Cavid. Bəli, Peyğəmbərimizə bir zamanlar "şair", hətta "məcnun" deyənlər oldu. Lakin gün işığı kimi aydındır ki, bu misralar böyük Cavidin özünü ifadə şəklidir. Buna görə də acıdır, təəssüf doludur. Mələkut və cəbərut aləmi heç bir zaman şeir oxumayacaq. Heç bir arif "xalqı atıb Xaliqə qoşarım" deməyib. Xalq həmin arifləri atıb, onlar da dərgahında teatr səhnəsi, kitabxana-filan bulunmayan məchul Xaliqə pənah gətiriblər. “Cavid xalqın deyil, Xaliqin şairidir” demək, çarəsiz bir etirafdan başqa bir şey deyil. Əgər ariflər ancaq Haqqa məxsus olsaydılar, xalqın dilində yazmaz, xalqı hürriyyətə çağırmaz, ümumiyyətlə heç dünyaya gəlməzdilər.
Haq da həqiqət də göz önündədir,
Yer altında deyil, yer üstündədir.
Bəxtiyarsan, əgər çəkdiyin əmək,
Cahan sərgisinə versə bir çiçək.

Bu xəbər oxucular tərəfindən 750 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |