30.12.2016 [12:40] - Xəbərlər, Türkün şanlı tarixi
O, 1063-cü ildə 30 yaşına Böyük Səlcuq dövlətinin sultanı elan olundu. Rəiyyəti ikiqat xərac vergisindən azad etdi. Hər il Ramazan ayında 4 min dinar sədəqə paylayırdı. Bundan başqa 10 min dinar da saray xidmətçilərinə verilirdi. Bir dəfə sultanın namaz otağına xəbərçilər onun vəziri Nizamülmülkün gəlirləri barədə məktub atır. Vəzirini yanına çağıran sultan ona deyir: “Bu məktubu götür. Əgər yazılanlar doğrudursa, öz xasiyyətini və tamahını azalt. Yox, əgər yalandırsa, onda onu yazanı taparaq, divanda ona bir vəzifə ver ki, yalan və böhtan uydurmaqdan əl çəksin”.
Publika.az-ın “Dahi ömrü” layihəsinin budəfəki qəhrəmanı məzlumların sultanı – Alp Arslandır.
Alp Arslanın adına ən çox Malazgird döyüşündə rast gəlirik. Alp Arslanın 1033-cu ildə doğulduğu ehtimal edilir. 1040-ci ildə Dəndənakan döyüşündən sonra Çağrı bəyə (Alp Arslanın atası) Mərv və ətrafının rəhbərliyi verilmişdi. Alp Arslan də gənc yaşlarından atası ilə birlikdə bu bölgədəki mübarizələrə qatılır döyüşlərdə iştirak edirdi. 1050-ci illərdə atasının qocalığı ilə əlaqədar o, bu ərazilərdəki idarəçiliyi ələ aldı.
Alp Arslan Böyük Səlcuqlu taxtının ən layiqli varislərindən biri idi. Atası Çağrı bəy 1059-ci ildə vəfat etdi. Toğrul bəy (Böyük Səlcuqlu dövlətinin qurucusu və ilk sultanı) qardaşı oğlu Alp Arslanı öz əmrlərindən çıxmamaq şərtilə Çağrı bəyin mövqeyinə gətirdi. Alp Arslan əmisinə hörmətdə heç bir qüsur etmədi. Çünki Toğrul bəyin övladı yox idi. Bu səbəblə Alp Arslan əmisindən sonra özünün Böyük Səlcuqlu taxtına keçə biləcəyini anlayır və özünü bu vəzifəyə hazırlayırdı.
1063-cü ildə Toğrul bəyin ölümündən sonra taxt döyüşləri başladı. Alp Arslanın böyük qardaşı Qara Arslan Kavurd Bəy, əmisi Musa Yabqu və Çağrı-Tuğrul Bəylərin əmisi Qutalmış (Süleyman Şahın atası) taxt mübarizəsinə girdilər. Amma buna baxmayaraq Alp Arslan 1064-ci ildə Böyük Səlcuqlu Sultanı oldu. Sultanın ilk səfərləri Şərq Anadolu üzərinə idi.
Dəndənakan Döyüşündən sonra axın edən onlarla türkmən Anadoluya yönləndirilirdi. Çünki Səlcuqlu torpaqları bu insanlar üçün dar idi. Lakin müxtəlif Bizans və erməni qüvvələri bu köçü çətinləşdirirdi. Alp Arslan Anadolu torpaqlarının uyğun yurd ola biləcəyini bilirdi. Bu səbəbə görə, Alp Arslan qərbə doğru səfərə çıxdı.
Malazgirddə İslamın qələbəsi
Sultan Azərbaycanda olarkən Bizans imperatoru Roman IV Diogenin 300 minlik ordu ilə Azərbaycan üzərinə yeridiyini eşitdi. Bizans imperatorunun ordusunda ermənilər, farslar, gürcülər, Qərbi Avropa cəngavərləri, yunanlar, ruslar, çərkəzlər, habelə xristian oğuzlar, peçeneqlər və xəzərlər də var idi. İbn əl Vərdinin verdiyi məlumata görə isə Bizans ordusunda 400 mindən çox əsgər, 1000 araba silah, 400 araba nalbənd ləvazimatı, 1200 döyüşçünün qulluq etdiyi və hər biri 10 kintar ( 1 kintar 97,5 kq-a bərabərdir.) daş atan taran var idi. Bizans ordusunun yerlə-yeksan etdiyi Minbicə şəhərinin əhalisi kömək üçün sultan Alp Arslana müraciət etdilər. Sultan Alp Arslanın ordusunda isə 15 min atlı var idi. O, vəziri Nizamülmülkə və arvadına belə bir məktub göndərdi: “Mən yanımdakı ordumla düşmən üzərinə gedirəm. Əgər sağ qalsam bunu Allahın mərhəməti sayacağam, şəhid olsam bu Allahın lütfüdür. Mənim varisim oğlum Məlikşah olsun”.
14 avqust 1071-ci ildə sultan Əhlətlə Malazgird arasındakı əz-Zöhrə adlanan yerə gəldi və Savtəkin alxası Bizans imperatorunun yanına sülh danışıqlarına göndərdi. Təkəbbürlü imperator elçiyə belə söylədi: "Bizim atlar axşam Təbrizdə su içəcək, səhərisi isə Reydə danışıqlar apararıq"! Savtəkin isə impəratora belə cavab verdi:"Atlarınız həqiqətən axşam Təbrizdə su içəcək, ancaq o atların süvariləri siz olmayacaqsınız"!
1071-ci ildə Malazgird düzənliyində döyüş baş verdi. Diogenin rahat, Alp Arslan isə gərgin və stressli idi.
Türklər üçün qazanmaqdan başqa yol yox idi. Döyüşdə Alp Arslan öz döyüşçülərinə belə müraciət etdi: “Kim istəyirsə çıxıb gedə bilər, çünki, burada nəyəsə icazə və ya qadağa qoyan sultan hakimiyyəti yox, Allahın hökmü keçir! Ox-yayını yerə atan sultan qılıncı əlinə aldı və atını dulladı (Qədim türk ənənəsinə görə döyüşdə öldürülmüş əsgərin atının quyruğu ya kəsilir, ya da düyünlənirdi. Bu mərasim dullama adlanırdı)”. Bizans imperatorunun ordusunun sağ və sol cinahlarında quzlar (xristian oğuzlar) və peçeneqlər, aryeqardda (qoşunun arxasında) isə Andronik Dukanın başçılıq etdiyi erməni-gürcü-yunan və s. xalqlardan ibarət dəstələr yerləşdirilmişdi. Səlcuqlu ordusu döyüşə qədim türk adəti üzrə “ura” və islam qaydası üzrə “Allah, Allah” nidaları ilə başladılar. “Ura” sədalarını eşidən quz və peçeneqlər qarşılarında öz soydaşlarının olduğunu bilərək, səlcuqlular tərəfinə keçdilər. Axşama yaxın döyüş başa çatdı. Sultan ordusunda xidmət edən şəxslərdən biri bizans imperatoru IV Diogenini əsir tutdu. Gürcü mənbələrinə görə əsir tutulan Bizans imperatoru ilə sultan Alp Arslan arasında belə söhbət olmuşdu:
Alp Arslan: - Sən məni əsir tutsaydın, nə edərdin?
Roman IV Diogen: - Mən səni dəhşətli ölümə məhkum edərdim.
Alp Arslan: - Axı sizin dininizə görə adam öldürmək günah sayılır?
Roman IV Diogen: - Bunun müsəlmanlara aidiyyəti yoxdur.
Alp Arslan: - Mənsə öz dinimə uyğun olaraq səni azadlığa buraxıram. Gedə bilərsən.
Sultan Alp Arslanın Roman IV Diogeni öldürməməsində hansısa bir siyasi məqsəd olduğundan şübhələnən Bizans əyanları onun gözlərini çıxartdıraraq, monastra göndərdilər. Sultan Alp Arslana Əmirəlmömin əl-Qaim Biəmrillahdan gələn təbrik məktubunda yazılmışdı: “Dinin dirəyi, ərəblərin və əcəmlərin hakimi, bütün müsəlmanların sultanı, müslümlərin pənahı, əmirəlmöminin gücünün təsdiqisən”!
Gözlənilməz sui-qəsd və səssiz gələn ölüm
Alp Arslan, Türkistan üzərinə xüsusilə Qaraxanlıları nəzarət altına almaq üçün böyük bir orduyla səfərə çıxdı. Qaraxanlı hökmdarı Şemsülmülk Nəsrin evləndiyi Alp Arslanın qızını casusluq etdiyi iddiası ilə döyməsi və ölümünə səbəb olması Səlcuqlu sultanını qəzəbləndirmişdi.
Bu səfər əsnasında Səlcuqlulara möhkəm müqavimət göstərən Bərzan qalasının komandiri Yusif-əl-Xarazmi Sultan ilə görüşmək istədiyini bildirdi. Alp Arslanın hüzuruna çıxanda çəkməsinə gizlətdiyi xəncəri bir anda çıxardaraq Sultana sui-qəsd təşkil etdi. Sultan Alp Arslan aldığı yaradan sonra 4 gün xəstə yatdı və 24 noyabr 1072-ci ildə oğlu Məlikşahın hökmdar olacağını bildirərək həyata gözlərini yumdu.
Dilruba Vaqifzadə

Bu xəbər oxucular tərəfindən 1621 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |