02.01.2017 [11:51] - Xəbərlər, Sosial
Azərbaycanın Qarsdakı baş konsulluğunun təşəbbüsü ilə Türkiyənın Ardahan Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
Mərasimdə konsulluğun əməkdaşları, Ardahan və Qars Qafqaz universitetlərinin professor və müəllim heyəti, ölkəmizi bu bölgədə təmsil edən ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Azərbaycanın tarixi, mədəniyyəti və müasir sosial-iqtisadi inkişafını əks etdirən sənədli film nümayiş olunub.
Konfransda Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevin, Ardahan Universitetinin baş katibi Ercan Gültürkün, Qafqaz Universitetinin professoru Hacəli Nəcəfoğlunun və digər şəxslərin çıxışları dinlənilib.
Baş konsul Nuru Quliyev ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” tarixi ifadəsini xatırladaraq qardaş Türkiyə xalqının hər zaman Azərbaycanla həmrəy olduğunu diqqətə çatdırıb. Türkiyədə, o cümlədən Ardahan Universitetində təhsil alan azərbaycanlı tələbələrə ölkəmizdə hər zaman ehtiyac olduğunu qeyd edən baş konsul bildirib ki, tələbələrimiz həm təhsil aldıqları illərdə, həm də məzun olandan sonra Vətənimizə və xalqımıza xidmət etməyi özlərinin vətəndaşlıq amalı bilməlidirlər. Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq istiqamətində həyata keçirdiyi siyasətin və qəbul etdiyi tarixi qərarların uğurlu nəticələri barədə ətraflı məlumat verən baş konsul əminliklə ifadə edib ki, Azərbaycan gəncliyi, o cümlədən xaricdə təhsil alan tələbələrimiz bundan sonra da Ümummilli Liderimizin ideyalarının ən fəal daşıyıcıları və təbliğatçıları kimi ictimaiyyətin önündə olacaqlar.
Digər çıxışlarda da Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlıq əlaqələrinin yüksək vəziyyəti, dünya azərbaycanlılarının həmrəyliyinin inkişafının əhəmiyyəti, bütün bu məsələlərdə ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tarixi missiyadan bəhs olunub.
Sonda Ardahan Universitetinin tələbələri Azərbaycana, Vətənimizin gözəlliyinə, xalqımızın həmrəyliyinə həsr olunan şeirlər söyləyiblər.

Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |