Şrift:
Amerika dünyanı əhatə edəcək dinləmə və kəşfiyyat mərkəzi qurur
31.03.2012 [17:50] - Gündəm
Bu sistemlə dünyada telefon və internetdən keçən bütün məlumatlar yoxlanıla biləcək.

ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Utah ştatında çölün ortasında bütün dünyanı dinləyə biləcək nəhəng dinləmə və kəşfiyyat mərkəzi qurulur.

2004-cü ildə inşaatına başlanan təsis 2 milyard dollara başa gələcək və gələn ilin sentyabr (September) ayında fəaliyyətə hazır olacaq. Bu barədə Publika.Az trtazerbaycan.com-a istinadən xəbər yayıb.

Bu sistemlə dünyada telefon və internetdən keçən bütün məlumatlar yoxlanıla biləcək. Alış-veriş və cərimələrdən məhkəmə qərarlarına, iş müqavilələrinə bağlı hər cür məlumat əldə ediləcək. Toplanan məlumatların analizi üçün xüsusi şifrə qırma qrupları yaradılıb. İndiyə qədər mərkəzdə toplanan məlumatların 5 eksabayt olduğu düşünülür. Yeni mərkəzdə əməliyyatlar "milyon eksabayt" mənasına gələn "yootobit" vahidləriylə həyata keçiriləcək.

ABŞ kəşfiyyat qurumlarını məlumatla təmin edəcək mərkəzdə fövqəladə təhlükəsizlik tədbirləri görülür. Yalnız görüntülü təhlükəsizlik sisteminin 10 milyon dollara başa gəldiyi, illik enerji xərclərinin isə 40 milyon dollar olduğu bildirilir.

ABŞ bundan əvvəl də İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiya kəşfiyyat qurumlarıyla birlikdə dünyanın ən böyük izləmə sistemi olan "Echelon"u qurmuşdu. Dünya miqyasında dinləmə və qeydə alma gücünə sahib, çox inkişaf etmiş kompyuter şəbəkəsi olan sistem müxtəlif bölgələrdəki bazalar, peyklər, casus təyyarələr, gəmilər və dənizaltılar tərəfindən əldə edilən məlumatları araşdırır.
Bu xəbər oxucular tərəfindən 985 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed