31.03.2012 [19:54] - Diaspor
Düdənginskinin məzar daşı götürülüb
İkinci dünya müharibəsi zamanın Almaniyada yaradılmış Azərbaycan legionunun qurucusu mayor Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin məzarı yox ola bilər. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, Azərbaycanın azadlıq mübarizəsi fəalı olan Düdənginskinin Noy-Ulm şəhərindəki məzarının 10 illik kirayə haqqı ödənilmədiyi üçün qəbir daşı götürülüb. Məzarın kirayə haqqını uzatmaq üçün 1000 avro pul lazım olsa da, tələb olunan məbləğ ödənilmədiyindən baş daşı götürülüb.
Qeyd edək ki, Əbdürrəhman Fətəlibəyli Düdənginski 1954-cü il dekabrın 5-də Münhen yaxınlığındakı Noy-Ulm şəhərinin məzarlığında dəfn olunub. Savaş zamanı Azərbaycan legionuna rəhbərlik etmiş Düdənginski daha sonra Almaniyada yaşayıb. 1954-cü ildə onu sovet DTK-nın sifarişi ilə qətlə yetiriblər.
Bir neçə il əvvəl Noy-Ulmda olmuş jurnalistlərin bildirdiyinə görə, bu şəhərdə çoxlu sayda azərbaycanlı legioner yaşasa da, onların məzarlar getdikcə azalır. Buna səbəb isə məzar yeri ilə bağlı qanundur. Həmin qanuna görə nəş basdırılandan 25 il keçəndən sonra məzarın qəbiristanlıqda qalması üçün mərhumun yaxınları haqq ödəməlidirlər. Ödəməyəndə qəbiri çıxarıb başqa yerə aparırlar.
“Azərbaycan legionerləri” kitabının müəllifi Nəsiman Yaqublu deyir ki, Düdənginskinin və Almaniyada dəfn olunmuş digər legionerlərin məzarları ilə bağlı problemlər daha əvvəl də olub. Həmsöhbətimizin sözlərinə görə, qəbiristanlıq İran şahının hədiyyəsi olsa da, sonradan Almaniya hökuməti bu hədiyyəni ləğv edib. Bundan sonra qəbirlər üçün yer haqqı məsələsi meydana çıxıb: “Mən bu məsələni bir neçə dəfə qaldırmışam. Bildiyim qədəri ilə ildə 500 avro tələb edirlər ki, o məzarlara toxunulmasın. Pul verilməyəndə məzarlarla bağlı problem yaranır, onları köçürürlər. Mən təxminən iki il əvvəl Almaniyada oldum və Noy-Ulma gedib Düdənginskinin və həmin qəbiristanlıqda dəfn olunmuş digər azərbaycanlıların məzarını ziyarət etdim. Orda dedilər ki, o qəbiristanlığın ərazisini II Dünya Müharibəsindən sonra İran şahı alıb və müsəlmanların orda dəfn olunması üçün şərait yaradıb. Amma sonradan deyəsən, həmin qərarı ləğv ediblər və buna görə də həmin problem qalır”.
N.Yaqublu deyir ki, Düdənginskinin başdaşı bir neçə ay əvvəl təmir məqsədi ilə götürülüb. Amma hazırda təyin olunmuş məbləğin ödənilməsi ilə bağlı problem ortaya çıxıb: “Orada digər azərbaycanlıların da məzarları var. Ancaq Düdənginski onların içərisində çox məşhur və sayılan şəxsiyyət olub. Məndə olan məlumata görə, bir neçə ay əvvəl Düdənginskinin qəbir daşında çat yaranıb. Buna görə də qəbir daşını götürüblər ki, təmir edib yenidən qaytarsınlar əvvəlki yerinə. Yəni götürülən başdaşı saxlanılır, onlar da belə bir fikir dedilər ki, başdaşılarını yerinə qoyacaqlar. Ancaq maliyyə məsələsi hələ də qalır. Həmin məbləğ ödənilməlidir. Vaxtı ilə həmin məbləğ Düdənginskinin dostları tərəfindən ödənilib. Ancaq onlar dünyadan köçəndən sonra bu məsələ problemə çevrilib. Bir dəfə isə Mübariz adlı bir azərbaycanlı həmin məzar daşının pulunu ödəyib. Ancaq indi həmin ödənilən məbləğin də müddəti qurtarıb”.
N.Yaqublunun fikrincə, bu məsələ kökündən, dövlət səviyyəsində həll edilməlidir. Onun sözlərinə görə hökumət işə qarışıb məzar yerlərini ala bilər ki, bir daha belə problemlər ortaya çıxmasın: “Problem yalnız Düdənginskinin məzarı ilə bağlı deyil. Təəssüflər olsun ki, Azərbaycanın bir sıra görkəmli dövlət xadimlərinin məzarları bərbad vəziyyətdədir. Əlibəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Məhəmmədəmin Rəsulzadənin qəbirləri ilə bağlı problemlər var. Doğrudur, M.Rəsulzadənin qəbri diqqətdədir, amma Əkbər ağa Şeyxüislamovun, Xəlil bəy Xasməmmədovun və digər görkəmli insanların məzarlarına diqqət lazımdır. Məsələn, Əli bəy Hüseynzadənin qəbrinin üzərinə ”dəri xəstəlikləri üzrə mütəxəssis Əli bəy Hüseynzadə" yazılıb. Halbuki Əli bəy Hüseynzadə dəri xəstəlikləri üzrə həkim olsa da, o bizim üçrəngli bayrağımızın düsturunu verən, türkçülüyün babası olan bir şəxsiyyətdir. Bu problem dövlət səviyyəsində həll olunmalıdır.
Düşünürəm ki, bu məsələni köklü həll etmək lazımdır. Almaniya Mədəniyyət Nazirliyi və ya müvafiq dövlət idarəsi ilə danışıb pul məsələsini birdəfəlik həll etmək olar. İkinci tərəfdən həmin məzarları Azərbaycana gətirmək olar. 21 ildir müstəqil yaşayan Azərbaycanda Rəsulzadənin, Düdənginskinin, Ağaoğlunun yaşamaq haqqı var. Bu barədə də düşünməyə dəyər".
KƏNAN

Bu xəbər oxucular tərəfindən 1807 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |