Şrift:
İzmirdə İŞİD üzvü olduğu ehtimal edilən 5 nəfər saxlanılıb
04.01.2017 [11:23] - Gündəm, Hüquq
Türkiyədə yanvarın 1-də İstanbulda törədilən və 39 nəfərin həlak olmasıyla nəticələnən terror hücumu ilə əlaqədar əməliyyatlar davam etdirilir.
"Anadolu" agentliyi xəbər verir ki, növbəti əməliyyat İzmirdə həyata keçirilir.
Polis artıq İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilən 5 nəfəri saxlayıb. Hazırda onların İstanbulda törədilən terror hücumunda əllərinin oldub-olmadığı aydınlaşdırılır.
Əməliyyat davam edir.
Bu xəbər oxucular tərəfindən 668 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed