Şrift:
Fransa kəşfiyyatı Azərbaycan və Türkiyə dərnəklərini izləməyə başlayıb
31.03.2012 [20:16] - Sosial
Fransa kəşfiyyatı bu il yanvarın 21-də Parisda qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun Senatda qəbulunun qarşısını almaq üçün aksiya keçirən Türkiyə və Azərbaycan dərnəklərini izləməyə, fəaliyyətlərini araşdırmağa başlayıb.

Fransa kəşfiyyatının əks-kəşfiyyat bölməsi olan orqanı DGRİ bu dərnəklərin fəaliyyəti ilə bağlı kəşfiyyat hesabatı hazırlayıb. Hesabatda əsas diqqət Türkiyə Milliyətçi Hərəkat Partiyasına yaxınlığı ilə seçilən Fransa Türk Federasiyasına diqqət yönəldilib. Bu Federasiya “əslində zaman-zaman zorakılığa əl atan radikal millətçi bozqurdların görünən üzü” kimi səciyyələndirilib.

Fransa kəşfiyyatının hesabatında vurğulanır ki, Fransa Türk Federasiyası özünü ön plana qoymadan Avropa miqyasındakı gücünü “erməni soyqırımı”na görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbuluna qarşı yönəldib.

Qeyd edək ki, Türkiyə və Azərbaycan dərnəklərinin yanvarın 21-də Parisdə keçirdikləri aksiyaya 30 min nəfərə qədər insan qatılıb. Aksiyada Türkiyə və Azərbaycan bayraqları dalğalandırılıb. Bu, indiyə qədər türklərin Fransada keçirdiyi ən böyük aksiyadır.
Bu xəbər oxucular tərəfindən 1321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed