Şrift:
Almaniyanın Bundesliqasının bombardiri dünyanın ən bahalı futbolçusu ola bilər
05.01.2017 [10:24] - İdman
Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Pyer-Emerik Obameyanq dünyanın ən bahalı futbolçusuna çevrilə bilər. "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, Çin təmsilçisi "Şanxay SİPQ" qabonlu forvarddan ötrü 150 milyon avro təklif edib.
Obameyanq təklifi qəbul etsə, həftəsinə 800 min avro alacaq ki, bu da ildə 41 milyon avro edir. Hazırda ən bahalı oyunçu Karlos Teves sayılır. Argentinalı hücumçu dekabrın sonlarında "Boka Xuniors"dan "Şanxay Şenxua"ya keçib. 32 yaşlı forvard həftəsinə 720 min avro qazanır.
Qeyd edək ki, Pyer-Emerik Obameyanq 2015-2016 mövsümündə Avropa Liqasının qrup mərhələsində Azərbaycan təmsilçisi "Qəbələ"nin qapısından Bakıda 3, Dortmundda 1 top keçirib. Hazırda o, 16 qolla Almaniya Bundesliqasının bombardirləri siyahısına başçılıq edir.
Bu xəbər oxucular tərəfindən 462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed