Şrift:
Ukrayna şirkəti Azərbaycan neftinin Kremençuka nəqlinə hazırlaşır
05.01.2017 [10:25] - Gündəm, İqtisadiyyat
Ukraynanın "Ukrtransnafta" şirkəti Avqustovka-Kremençuk neft kəmərini doldurmuş 170 min ton "Urals" markalı neftin boşaldılmasına və onun "Azeri Light" markalı neftlə dəyişdirilməsinə başlayıb. Bu barədə şirkətdən bildirilib.
Məlumata görə, bu məqsədlə Odessa vilayətindəki Avqustovka bazalarından və "Cənub" dəniz neft terminalındakı Azərbaycan neftindən istifadə ediləcək. "Urals" neftinin "Azeri Light" nefti ilə əvəzlənməsi Azərbaycan neftinin 2017-ci ildə Kremençuk Neft Emalı Zavoduna tədarükünün həyata keçirilməsi üzrə imzalanmış müqavilənin mühüm hissəsidir. Bu proses yanvar ayı boyunca davam edəcək, fevraldan isə boru kəmərində Azərbaycan nefti axacaq.
"Ukrtransnafta" həmçinin bəyan edib ki, Azərbaycandan ilk neft tankeri artıq Odessaya çatıb. Neft zavoda dəmir yolu xətti ilə çatdırılacaq.
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed