Şrift:
OPEC-in baş katibi neft hasilatı üzrə razılaşmaya məsul olan komitənin işini müzakirə edəcək
05.01.2017 [10:26] - Gündəm, İqtisadiyyat
OPEC-in baş katibi Mühəmməd Sanusi Barkindo yanvarın 8-də Küveytə səfər edəcək.
Bu barədə "TASS" agentliyi məlumat yayıb.
Məlumata görə, baş katib birlik ölkələrinin neft hasilatının ixtisarı üzrə razılaşmalara riayət etməsinə məsul olan komitənin iş mexanizmlərini müzakirə edəcək. O, Küveytdə bu ölkənin neft naziri və OPEC-in monitorinq komissiyasının rəhbəri Əssam əl-Marzukla da məsləhətləşmələr keçirəcək. Küveytin Neft Nazirliyindən bildirilib ki, Mühəmməd Sanusi Barkindonun səfəri OPEC və qeyri-OPEC ölkələri arasında ötən ilin noyabrında əldə edilmiş razılaşmanın qüvvəyə minməsi fonunda olduqca zəruridir.
Yeri gəlmişkən, OPEC ölkələrinin neft hasilatı üzrə monitorinq komitəsinin növbəti toplantısı yanvarın 21-22-də Vyanada keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed