31.03.2012 [20:24] - Gənclik
Tələbə həyatı hər kəsə məlum olduğu kimi, məşəqqətlərlə doludur
Bu çətinliklərdən biri və ən əsası isə rayondan gələn tələbələrin kirayə ev problemidir. Maraqlıdır görəsən tələbələr bu evləri necə tapırlar? Təhsil haqqı, yemək pulu, yol pulu – bəs bütün bunların öhdəsindən necə gəlirlər?
Onsuz da günü-gündən ağırlaşan yaşamı bir çox ailələr üçün övladlarının təhsil almaları ağırlaşdırır. Və nəzərə alsaq ki, Azərbaycanda yaşayış səviyyəsi heç də ürək açan deyil. Bu zaman həqiqətən də valideynlərin necə uşaq oxutdurduqları sual doğurur. Hələ tələbələrin çəkdikləri əziyyətlər, çətinliklər saymaqla bitməz. Bir tərəfdən, təhsilin mürəkkəbliyi, imtahan stresi, kitab-dəftər pulu və sair və ilaxır…
Bir də qeyd etdiyimiz kimi, kirayə ev problemi.
Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin adının açıqlanmasından çəkinən 4-cü kurs tələbəsi də xeyli çətinliklər görüb. Quba rayonundan gəlmiş bu gənc bir müddət universitetin yataqxanasında qalıb. Lakin şəraitsizlik onu kirayə ev axtarışına vadar edib. Faiqin təbirincə desək yataqxanada “iydən beyin çatlayır”.
“Yataqxanada qalmaq üçün 1 illik order əldə edirsən. Daha sonra isə pulsuz şəkildə orada ilboyu qalmaq mümkündür. Lakin şəraitsizlik, hər bir şeyin ümumi olması burada qalmağı mümkünsüz edir. Onu da qeyd edim ki, yataqxanada hamam da pullu idi. 1 dəfə çimmək üçün 50 qəpik pul ödəməli idik. Hazırda Yasamal rayonunda 5 nəfər oğlan 2 otaqlı mənzildə adama 50 manatdan qalırıq. Evin vəziyyəti isə qənaətbəxşdir”.
BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov universitetin yataqxanası barədə məlumat verdi. Onun sözlərinə görə, tələbələrin həyat şəraitinin yaxşılaşdırılması yönündə çalışan universitetin rektoru, millət vəkili Abel Məhərrəmov dəfələrlə bu barədə çıxışlar edib.
“Universitetin yataqxanalarındakı vəziyyətin yaxşı olmadığı barədə bizlərin də məlumatı var. Həqiqətən də şəraitsizlik tələbələrin tədrisinə də çox mənfi təsir göstərir. Belə ki, hazırda mövcud olan 7 yataqxanada 600-dən çox qaçqın məskunlaşıb. Bu yataqxanalarda cəmi 39 tələbə otağı var ki, onlarda da 150-160 tələbə qalır. Məlumdur ki, ailənin tələbatları ilə tələbələrinki üst-üstə düşmür. Nəticədə isə ziddiyyətlər yaranır. Bir də görürsən körpə uşaqdı ağlayır, qonşu otaqda isə tələbə dərs hazırlamalıdır ki, bu da heç cür alınmır. Həmçinin, tələbələrə nəzarət etmək də praktik cəhətdən mümkün olmur. Əvvəllər komendantlar tələbələri hər gün yoxlayırdılar, növbətçilik sistemi tətbiq edilirdi. Lakin bu gün onları etmək mümkün deyil. Bütün bunlar nəzərə alınaraq ən qısa müddətdə tələbələrin bu probleminin həlli istiqamətində mütləq addımlar atılacaq. Uzağı 2 ilə yataqxanalar ən yüksək səviyyədə, dünya standartlarına uyğun şəkildə yenidən tikiləcək. Tələbə yataqxanalarında məskunlaşmış qaçqınlar isə yeni Bakı ətrafında yeni salınan qəsəbədə yerləşdiriləcəklər. Hazırda həmin qəsəbədə tamamlama işləri gedir və güman ki, sentyabr ayına qədər qaçqınlar köçürüləcəklər”.
O da məlumdur ki, bu vəziyyət yalnız BDU-nun yataqxanalarında deyil, digər universitetlərin yataqxanalarında da hökm sürür. Ölkəmizdə ən yaxşı nümunə kimi isə Naxçıvan Dövlət Universitetinin yataqxanasını misal çəkmək olar. Orada tətbiq edilən sistem, tələbələrə diqqət çox yüksək səviyyədədir.
Universitetə qəbul olunduğu ilk gündən isə BDU jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi Aytən Eyyubova yataqxana üçün müraciət etməyib. Səbəbini isə belə izah etdi: “Əvvəlcədən yataqxananın şəraiti barədə məlumatlı idik və bilirdim ki, vəziyyət heç ürəkaçan deyil. Bundan başqa, otaq yoldaşın tanımadığın, xasiyyətinə, kimliyinə bələd olmadığın adamlar olur. Buna isə valideynlərim heç vaxt razı olmazdılar. Lakin hazırda bir otağı paylaşdığım kəs öz hazırlıq yoldaşım, həm də rəfiqəmdir”.
Gəncə şəhərində orta məktəbi bitirdikdən sonra BDU-ya qəbul olan Aytən hazırda 1 otaqlı mənzildə həmin rəfiqəsi ilə yaşayır. 8-ci mikrorayonda qalan qızlar ayda hərəsinə 100 manat ödəyirlər. Tələbəlik həyatından bəhs edən Aytən bu aylar ərzində xeyli “macəralar yaşayıb”. “1-ci kursda kirayə ev axtarmaq üçün hazırlıq yoldaşımla ev dəllalı (makler) vasitəsilə tapmışdıq. Onda 5 qız Elmlər Akademiyası yaxınlığında 3 otaqlı bina evində qalırdıq. Evin kirayə haqqı 500 manat idi. Hər ay valideynlərim 180-200 manat göndərirdilər, elə indi də o qədər pul yollayırlar. Əvvəllər pulu poçt vasitəsilə göndərəndə nisbətən çətin idi. Amma indi pulu karta yükləyirlər. Belə daha asandır, istənilən vaxt bankomatdan pul çıxarmaq mümkündür. Əsasən hər ay göndərdikləri məbləğ kifayət etsə də, qış vaxtı çətinlik yaşayırıq. Çünki kirayə ev belədir ki, gərək işlətdiyin suyun, qazın, işığın pulunu ödəyəsən. Qış vaxtı bir dəfə aylıq ödəniş 44 manat oldu, həmin ay xeyli problem oldu. Hələ bir dəfə pulumuz olmadığı üçün qışın “oğlan çağı”ında işığımızı kəsiblər. Məcbur 1-2 günlüyə hər kəs öz qohumugilə getməli oldu. Bir dəfə də yenə də pulun yoxluğundan qazımızı kəsdilər. 2-3 gün yemək, çay üzünə həsrət qaldıq. Sosiskanı çiy-çiy yeyirdik. Axırda gedib qaz sayğacını tapıb düzəltdim, birtəhər qorxa-qorxa işlətdik. Evdən pul göndərən kimi isə tez ödənişi etdik. Amma açığı yaxşı ötüşdük, söhbətdən səs-soraq çıxmadı. Kirayə qaldığımız üçün çətinliklərimiz çox olur. Əvvəl qaldığım evdə 5 qız qalırdıq, pulu da yaxşı bölmürdülər ona görə də ayın sonunda hamının pulu qurtarırdı. Məcbur axırıncı qəpiklərimizi “atışıb” çörək, sosika, kolbasa kimi ucuz şeylər alırdıq. Neyləmək olar tələbəlikdir də, çətinliklərimiz çox olur, amma onun da öz ləzzəti var”.
Söhbətlərdən aydın olduğu kimi ev məsələsi tələbələr üçün prioritet məsələdir. Bir çoxları özləri ev axtardıqları halda Aytəntək makler vasitəsilə də ev axtarışında olanlar az deyil. Ev alqı-satqısı və kirayəsi ofisinin əməkdaşı Allahyar Qasımov tələbələrin əsasən sentyabr ayının ilk on günlüyündə müraciət etdiyini dedi. Onun sözlərinə görə, tələbat daha çox “28 May” metrosu və “Elmlər Akademiyası” ətrafınadır: “80% müştərilərimiz mərkəzə meyllidirlər. Tələbələr isə bu məsələdə üstünlük təşkil edirlər. Çünki universitetlərin bir çoxu dediyim ərazidə yerləşir.
Daha çox 1 və 2 otaqlı evlərə ehtiyac olur. Onu da deyim ki, həyət evləri bina mənzillərinə nisbətən ucuzdur. 1 otaqlı evlərin aylıq kirayə haqqı 200-300, 2 otaqlı evlərin isə 350-400 manatdır. Ev axtaran tələbələrə isə xüsusi yardım əlimizi uzadırıq. Çünki özüm də tələbəlik həyatının əziyyətlərini çəkmişəm. Vergi, ofisin kirayə haqqını ödədiyimizə görə faizlə işləyirik. Ev tapdığımız kəslər 40-80 manat civarında “hörmət” edirlər. Lakin əsas faiz aldığımız kəs ev sahibi olur ki, onlarda 50-100 manat arası ödəniş edirlər. Kirayə tapandan sonra həmin müştərinin şəxsiyyət vəsiqəsinin surəti çıxarılaraq, müqavilə tərtib olunur. Müqavilənin bir nüsxəsi ev sahibində, birisi isə həmin kəsdə saxlanılır”.
Fəridə Abdıyeva

Bu xəbər oxucular tərəfindən 2530 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |