Şrift:
Azərbaycanın orbitə buraxacağı 200 milyon dollarlıq peyki
31.03.2012 [20:46] - Mədəniyyət
Bu il texnologiya sahəsində Azərbaycan üçün əlamətdar olacaq. Belə ki, Azərbaycan ilk dəfə olaraq orbitə süni peyk buraxacaq. Bu istiqamətdə işlər necə gedir?

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, Azərbaycanın orbitə buraxacağı ilk süni peykinin istehsalı üzrə işlər qaydasında gedir: “Qeyd olunan vaxta peykin orbitə buraxılması baş tutacaq. Peyk orbitə 2012-ci ilin dördüncü rübündə qaldırılacaq”.

Qeyd edək ki, ABŞ-ın “Orbital Ciens” şirkəti ilə imzalanmış müqaviləyə əsasən peyk 2012-ci ildə orbitə çıxarılacaq. Ümumi dəyəri təxminən 200 milyon dollar qiymətləndirilən layihəyəyə qoyulan pulun 5-7 il müddətinə çıxarılması gözlənilir. Belə ki, peykin resurslarının 20-25 faizi Azərbaycan tərəfindən istifadə olunacaq. Qalan hissəsi isə satılacaq.

Anar Kəlbiyev
Bu xəbər oxucular tərəfindən 1341 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed