05.01.2017 [12:48] - Xəbərlər, DAVAMın yazıları
Layihəmizə uyğun olaraq araşdırmalarımız davam edir. İstər ölkə daxilində, istərsə də xarici ölkələrin arxivlərində saxlanılan məktubları, maraq kəsb edəcək yazıları əlimizin yetdiyi qədər araşdırıb ortaya çıxarmağa çalışırıq. Əlimizə keçən məktublar arasında mühacir məktubları da yer almaqdadır. Elə dostlardan birinin bizə təqdim etdiyi məktub da bu qəbildəndir.
Beləliklə, Enter.News Almaniyada Azərbaycan legionun hərbi rəhbəri olmuş Əbdürrəhman bəy Düdənginski-Fətəlibəylinin 1943-cü il mayın 8-də Məhəmməd Əmin Rəsulzadəyə yazdığı məktubu təqdim edir.
“Mərhəba, pək möhtərəm Mehmed Emin!
Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz naminə salamlarım.
Məmnunluqla sizə bildirməliyəm ki, vətəndaşlarımız yurdumuzun hürriyyəti və Böyük Almaniya uğrundakı mücadilədə, cəbhədə muəzzəm başarılar qazandılar və tayı-bərabəri olmayan qəhrəmanlıqlarıyla millətimizin şərəf və heysiyyətini bir səviyyəyə yüksəltdilər. Cəbhəmizə iki dəfə gələn general Konrad bizdən heyranlıqla bəhs edirdi. General Köstringdən təbrik məktubu aldım. General Feldmarşal Kleistin taborumuza xitabən özəl olaraq günlük əmri vardır. Ağır səfər və əsgəri hərəkətdən sonra, bir az istirahətə çəkilib, yeni savaşlara hazırlanırıq. Taborumuzun döyüş qabiliyyəti Baş komandanlığın yüksək təqdirlərinə məzhər olmuş, əsgərlərimizlə komandirlərimiz "İnfanterie Sturmabzeichen" medallarıyla təltif edilmişlərdir.
Qəzetimizdə Milli Azərbaycan Komitəsinin təşkil olunduğunu oxudum; bu məni çox sevindirir. Biz, cəbhədəki əsgərlər, şübhə etmirik ki, Milli Komitəmizin azaları arasında hamımızca sevilən, legionumuzun qurucusu Babayev Beytullah da bulunacaqdır.
Biz, irəlidə də, millətimizin hürriyyəti uğrunda fədakaranə döyüşəcəyiz.
Cəbhədəki əsgərlərdən Sizə salam. Sizə xoş səhhətlər dilərim.
Sizin: Ə. Düdənginski-Fətəlibəyli”.

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 664 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |