Şrift:
Bakı Limanı Türkmənistandan 300 min ton tranzit yük cəlb edib
06.01.2017 [11:12] - Gündəm, İqtisadiyyat
Tranzit yüklərin Azərbaycana cəlb olunması prosesində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə qarşılıqlı əməkdaşlıq böyük önəm kəsb edir. Həmin əməkdaşlıq nəticəsində 2016-cı ilin dekabr ayında Türkmənistandan Qara dənizə qədər karbamit yükünün Azərbaycan üzərindən tranzit nəql edilməsi prosesi həyata keçirilib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan daxil olan məlumata görə, sınaq məqsədi daşıyan həmin nəql prosesi zamanı yük gəmilərlə Bakı terminalına daşınıb, orada isə vaqonlara yüklənərək Gürcüstan istiqamətində yola salınıb. Hava şəraiti ilə əlaqədar Xəzər dənizində bərə daşımalarında bəzi gecikmələr yarandığı üçün bu yüklər tıxac yaranan Ələt terminalına deyil, məhz Bakı terminalına yönəldilib. Sınaq nəql prosesi uğurlu olduğundan, 2017-ci il ərzində 300 min ton həmin yükün bu marşrut üzrə daşınması planlaşdırılır.
Yüklərin limandan sonra dəmir yolu ilə nəqli üçün Bakı limanı istiqamətində olan dəmir yollarının balans saxlayıcısı "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" ilə birlikdə, Dövlət Yol Polisinin (DYP) Siqnal İdarəsi cəlb olunmaqla, Neftçilər prospektini kəsən dəmir yolu üzərində təhlükəsizlik tədbirləri gücləndirilməkdədir.
Eyni zamanda, bərə terminalının Ələt qəsəbəsində inşa edilmiş yeni dəniz limanına köçürülməsi ilə əlaqədar olaraq, Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu prospekt boyunca avtomobillərin təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədi ilə 2017-ci il yanvarın 4-də sökülərək, “Azəravtoyol” ASC tərəfindən asfalt örtüklə əvəz edilib. 2017-ci il yanvarın 7-də isə Əhmədli stansiyası istiqamətində Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu sökülərək asfalt örtüklə əvəzlənəcək.
Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed