Şrift:
Vergilər Nazirliyində iki yeni mərkəz yaradılıb
06.01.2017 [11:15] - İqtisadiyyat
Vergilər Nazirliyinin iki şöbəsi ləğv edilib. Ləğv edilən şöbələrin bazasında mərkəzlər yaradılıb.
Məlumata görə, ləğv edilən analitik-informasiya şöbəsinin əvəzində Media və Kommunikasiya Mərkəzi, informasiya texnologiyaları şöbəsinin əvəzində isə İnformasiya Texnologiyaları Mərkəzi yaradılıb.
Media və Kommunikasiya Mərkəzinin rəhbəri Mehdi Mirsəlimov, İT Mərkəzinin rəhbəri isə Eyyub İbrahimov təyin edilib.
Qeyd edək ki, hər iki şəxs ləğv edilən şöbələrin rəisləri olub.
Bu xəbər oxucular tərəfindən 498 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed