06.01.2017 [11:18] - İqtisadiyyat
Səudiyyə Ərəbistanı OPEC təşkilatı və ona üzv olmayan ölkələrin neft hasilatını azaltmaq barədə 30 noyabr Vyana sammitində əldə etdiyi razılaşma üzrə öhdəliyinə tam olaraq əməl edib. Bu barədə "Reuters" agentliyi Fars körfəzi ölkələrindən birində olan mənbəyinə istinadən məlumat verib.
Agentliyin məlumatına görə, S.Ərəbistanı yanvarda gündəlik neft hasilatını ən azı 486 min barel azaldaraq 10,058 mln. barelə endirib. Bu isə S.Ərəbistanının Vyana sazişində qəbul etdiyi öhdəliyinə bərabərdir. Qeyd edək ki, hələlik hasilatın azaldılması ilə bağlı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC ölkələri gündəlik neft hasilatını 1,2 mln. barel azaltmağı qərarlaşdırıb. Anlaşmada əks olunan azalmada əsas iki ölkə - S.Ərəbistanının payı 486 min barel, İraqın payı isə 210 min barel təşkil edir.

Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |