Şrift:
Alimlər: Ət beynin fəallığını artırır və ömrü uzadır
06.01.2017 [12:03] - Sağlıq
Ətdən imtina insanların sağlamlığı üçün təhlükəli ola bilər. Ət beynin fəallığını artırır və ömrü uzadır.

Bunu Oksford Universitetinin tədqiqatçıları bildiriblər. Onların sözlərinə görə, ət çatışmazlığı insan beyninin fəaliyyətinin pozulmasına gətirib çıxarır.

Alimlər sübut ediblər ki, yalnız bitki mənşəli qidaların istifadəsi beyin çəkisinin azalmasına gətirib çıxara bilər ki, bu da insan üçün təhlükəlidir. Məsələ ondadır ki, bitki mənşəli məhsulların qəbulundan bir müddət sonra orqanizmdə zülal defisiti başlayır. Beləliklə, bədəndə bütün qida balansı pozulur.

Alimlər bildirirlər ki, bədənə mütləq ət, balıq və süd lazımdır. Bu qida məhsullarından imtina insanlarda В12 vitamininin çatışmazlığına səbəb olur.
Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed