06.01.2017 [12:17] - DAVAMın yazıları
Rusiyada Romanovlar sülaləsinin sonuncu hökmdarı II Nikolayın taxtdan düşməsi haqqında müəmmalı mülahizələr günümüzdə də səngimir. Bəli, onu boşleviklər devirdilər və ailəsi ilə birlikdə güllələdilər, hətta balaca uşaqlarına belə rəhm etmədilər. Lakin əsas mülahizələrdən biri də Nikolayın devrilməsində həmin dövrdə kahinliyi ilə ad çıxarmış, bir o qədər də fırıldaqçı olaraq tanınan Qriqori Rasputinin əlinin olması ilə bağlıdır. II Nikolay Rasputinin məsləhətlərini dinləyir və onları yerinə yetirirdi. Məlumatlara görə, Rasputinin çarın üzərində böyük təsiri olub və Romanovların sonuncu ailəsinin bütün üzvləri bu “göygöz, uzun saqqal kişidən” qorxarmışlar.
Lakin o haqda məlumatlar da var ki, II Nikolay və ailəsi həqiqi pravoslav olsalar da, gələcəyi görənlərə və falçılara güclü şəkildə inanarmışlar. Sadəcə olaraq, Rasputinə qədər bu məlumatlar çox dar çərçivəyə məlum imiş. Ən maraqlısı isə odur ki, özlərini “peyğəmbər” elan edən bu fırıldaqçıların sarayda nüfuz dairəsini qorumaq uğrunda çirkli döyüş aparmalarıdır.
Publika.az tarixçi Robert Uartın “The Historian” jurnalında Romanovların sonuncu çarı II Nikolayın və ailəsinin falçılarla əlaqəsindən bəhs edən məqaləsindən maraqlı hissələri təqdim edir.
II Nikolay hakimiyyətinin ilk illərində falçılara və gələcəyi görənlərə dəli kimi baxar və onlara inanmazdı. Lakin hər şey çarın dördüncü qızının doğulması ilə başlandı. Məlum oldu ki, Rusiya imperiyasının taxtı varissiz qala bilər.
1900-cü ildən başlayaraq, saraya hər cür qəribə insanları gətirməyə başladılar. Onların bəziləri sarayda bir neçə ay, yaxud daha çox qalardılar.
Saraya daxil olan ilk öncəgörən Matronuşka Bosonojka oldu. Səksən yaşlı kəndli qadın gələcəkdən xəbər verdiyini iddia edirdi. Nikolay onun arxasınca adam göndərdi və bu qadını Peterburq xarabalıqlarında tapdı. Matronuşkanı saraya gətirdilər. Qoca qadın dedi ki, bir müddət sonra taxt-tacın varisi dünyaya gələ bilər.
Eyni vəziyyət Paşa Sarovskaya ilə də yaşandı. O, Tambov quberniyasında yaşayan rahibə idi. Şaiyələrə görə, 100-ə yaxın yaşı var idi. Lakin rahibə çarın dəvətini qəbul etmədi və saraya gəlməyi rədd etdi. 1901-ci ildə Nikolay özü onun evinə baş çəkməyə məcbur oldu. Çar rahibənin danışığından bir şey anlamadı. Lakin ayrılarkən rahibənin ona verdiyi kiçik düyünü, şəkəri və bir neçə rənglənmiş yumurtanı müqəddəs əşya kimi saxlamağa başladı.
Çarın üçüncü üz tutduğu şəxs Kubandan olan savadsız əsgər Vasiliy Tkaçenko idi. O, II Nikolayın kiçik qardaşı olan böyük knyaz Mixail Nikolayın himayəsini əldə etdi. Mixail “müqəddəslərin” və fövqəltəbii güclərin böyük həvəskarı idi. Ən bədbəxt “müqəddəs” isə Ladoqa monastrında yaşayan Miron idi. Zərərsiz qoca idi və heç nə istəmirdi, yalnız çara dua edirdi.
Çar Nikolayın ən qəribə addımlarından biri isə hava proqnozu verən meteoroloq Demçinskiyi özünün siyasi müşaviri etməsi idi. Lakin 1903-cü ildə meteoroloq himayədən məhrum oldu.
Çara varisi isə Darya Osipova “bəxş etdi”. Yaşadığı kənddə “möcüzələri” və “peyğəmbərlikləri” ilə məşhurlaşan Darya Nikolayın arvadını öz lənətləri ilə qorxudurdu. Lakin Darya saraya gələndən sonra Nikolayın varisi – şahzadə Aleksey doğuldu və kahin hörmət qazandı.
Sarayda ən yaddaqalan şəxslərdən biri Mitka Kolyaba oldu. 1865-ci ildə doğulmuş bu adam anadangəlmə şikəst idi. Axsaq, kəmağıl, kar, lal. O, tamamilə yararsız idi. Lakin rahiblər onu gələcəyi görən hesab edirdilər. 1901-ci ildə onu “tərcüməçiləri” ilə birlikdə saraya gətirdilər. O, heç nə edə bilmədi, amma Rasputinin ən qəddar düşməni oldu və ona qarşı edilən sui-qəsdə iştirak etdi.
Hakimiyyətə gələrkən “gələcəyi görənləri” dəli hesab edən II Nikolay isə “dəlilərə” inanmağa başlayandan sonra, bu, onda xəstəliyə çevrildi. Və ömrünün axırına kimi o, falçılara inanan, gələcəyi görənlərin dedikləri ilə oturub-duran adam oldu.
Asif

Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |