Şrift:
Beyni olmayan yeganə insan yaşayır və alimləri təəccübləndirir
02.04.2012 [11:14] - Gündəm
Beyin əlbəttə ki, insan orqanizminin ən vacib üzvüdür. O bədənimizi idarə edir, o bizim şüurumuza və emosiyalarımıza görə cavabdehdir. Başqa sözlə, beyin elə insanın özü deməkdir. Və dünyanın bütün alimlərini bu müddəaya yenidən baxmağa vadar edən istisna meydana çıxana qədər uzun müddət hamı belə düşünürdü. Bu barədə Rusiya KİV-ləri yazır.
İş burasındadır ki, Karlos Rodriges adlı həyatsevər amerikalı praktiki olaraq beyinsiz yaşayır. Onun alın payı yoxdur. Ümumiyyətlə, dəhşətli avtomobil qəzasından sonra onun kəllə qutusu, demək olar, boş qalıb. Lakin o papaq geyindikdən sonra başqa adamlardan heç nə ilə fərqlənmir.
Bir sıra mənbələr belə bir hadisəyə 16-cı əsrdə də təsadüf edildiyini qeyd edirlər. O zaman ağır kəllə travmasından ölən oğlanı üç il sonra yararkən onda beyin aşkar olunmayıb. Onun üç il ərzində necə yaşadığı naməlum qalıb?
Bəzi alimlər hesab edirlər ki, "qarın beyni" adlanan orqan mövcuddur. Və həqiqətən də, mədədə və bağırsaqda məsələn, onurğa beynindəkindən daha çox, yəni 100 minə yaxın neyron hüceyrəsi mövcuddur.
Rodrigesə gəldikdə isə, baş beyninin 60 faizindən çoxunun çıxarılmasından sonra onun şəxsiyyəti qətiyyən dəyişməyib, yaddaşı və koqnitiv qabiliyyəti normal fəaliyyət göstərir. Bəs onda o necə düşünür? İndi alimlər bu suala cavab tapmağa çalışırlar.
Bu xəbər oxucular tərəfindən 1177 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed