02.04.2012 [11:33] - Gündəm, DAVAMın yazıları
Bundan əvvəlki məqaləmdə on doqquzuncu yüzildə İngiltərənin başnazirlik postunda dörd dəfə oturan, türklərə və İslam dininə qarşı xirtdəyinə kimi kin-küdurət və nifrətlə dolu olan William Evart Gladstoneun yetişmə tərzindən və Krım hərbinə kimi İngiltərənin izlədiyi siyasət yolundan nə cür yayındığına işarə etmişdim.
Gladstone, xüsusilə Balkan ölkələrinin müstəqilliyi barədə həddən artıq maraqlı idi; çünki balkanlar Osmanlı dövlətinin, yəni Gladstoneun fikrinə görə barbarların və kafirlərin hakimiyyətində idi. O, xristianların müstəqilliyi uğrundakı mübarizəyə lazımi bütün dəstəyi xaçlı özülündən çıxış edərək verirdi; ancaq İngiltərənin mənafeyinə təsir edəcək mövzularda isə tamamilə ayrı cür fikirləşirdi. Bir nümunə olaraq o bir tərəfdən Osmanlı hakimiyyətindəki yunan və bolqarlar kimi xristian dininə mənsub xalqların müstəqil olmasını arzulayaraq dəstəkləyir, digər tərəfdən Yunanıstana və İtaliyaya dəfələrlə gedib özünün və ölkəsinin təbliğatını aparırdı; ancaq İngiltərənin iqtisadi embarqo həyata keçirməsi, bir növ cəzalandırması səbəbiylə bir milyon yarım insanın aclıqdan qırıldığı İrlandiyaya getmək ehtiyacını belə duymurdu.
İrlandiyalılar işğalçı ingilisləri ölkələrində görmək belə istəmədiyinə görə Gladstoneun fikrincə onlar cəzalandırılmalıydı. Bu gün belə İrlandiyalıların İngilis işğalından və assimilyasından hələ də canını qurtara bilmədiyi məlum hadisədir.
Gladstoneun yalnızca Osmanlı dövlətinin ləğvini arzulayaraq torpaqlarının bölüşülməsini istəyən bir düşmən deyildi, o eyni zamanda Orta Asiya türklüyünə qarşı da həmin rəftarını nümayiş etdirmişdi. 1883-cü ildə Kopenhagendə rus Çarı ilə görüş keçirərək Rusiyanın Orta Asiyanı işğalını dəstəklədiyini dilə gətirmiş, Rusiya da bu tarixdən sonra sürətlə Orta Asiya türklüyünün dədə-baba torpaqlarını soyqırımlar törədərək işğal etmişdi. Bu iki müstəmləkəçi xalq o vaxt dünyanı bölüşmək üçün razılaşmışdı, bəs bu gün vəziyyət necədir?!
Gladstoneun, rusların qışqırtmasıyla yaranan Bolqarıstan hadisələri ilə bağlı olaraq Avam məclisində etdiyi çıxışında ajitasiyaya üz tutaraq ordakı nümayəndələrə təsir etməyi də bacarmışdı. Yenə Bolqarıstan hadisələri ilə bağlı olaraq yazıb çap etdirdiyi 64 səhifəlik kitabçada (Bulgarian Horrors and the Questions of the East) türklər barəsində bu sözləri dilə gətirmişdi;
"Gəlin ən yığcam şəkliylə Türk irqinin nə olduğunu sizlərə təsvir edim. Bu, sadəcə olaraq müsəlmanlıq məsələsi deyildir. Problem, müsəlmanlığın əcaib xarakterli bir millətlə birləşməsindən yaranır. Onlar nə Hind müsəlmanları kimi müti (yəni kölə xarakterli), nə Suriyəli Səlahəddin əyyubi kimi şövalyə ruhlu, nə də ispaniyalı müsəlmanlar kimi mədəniyyətlidirlər (işə baxın ki, bu gün İspaniyada İslamiyyətin kölgəsi də qalmayıb. S.A.). onlar Avropaya daxil olduqları o qara gündən üzü bəri bütövlükdə bəşəriyyətin düşməni olublar. Onların hakimiyyəti yaranar-yaranmaz mədəniyyət aradan itib-getdi".
Bu cür irqpərəst fikirlər nümayiş etdirən yalnızca Gladstoneun deyildi, məşhur bioloq və kafir teoloq Charles Darwin də həmin hələ-pələləri dilə gətirərək bunları deyirdi;
"Yalnızca bir neçə yüzil qabaq Avropa türklər tərəfindən işğal edildiyində qitədəki xalqların nə qədər böyük risqlə üzləşdiyini yadınıza salmaq istəyirəm. Avropa xalqları mədəniləşdikcə məişət mübarizəsində türk barbarlığına qarşı qalib gəliblər. Dünyanın çox uzaq olmayan gələcəyinə baxdığımda görürəm ki, bütün dünyada bu cür alçaq irqlər, daha mədəni irqlər tərəfindən yər üzündən silinib məhv ediləcəkdir".
Tarixi sənədlərə görə allahsızlığı mənimsəmiş kafir Darwin ilə, özünü Tanrının döyüşçüsü gözündə görən ifrat evangelist Gladstoneun həmin çalada qucaqlaşdıran bir missiya vardı, o da Türk və İslama düşmənçilikdi. Onsuz da o Krım hərbi əsnasında yaydığı bəyanatında, "İngiltərənin əsl vəzifəsi milyonlarla xristianı despot Osmanlı sultanının əlindən xilas edərək azadlığına qovuşdurmaq olmalıdır"-deyirdi.
Gladstone, erməni hadisələrinin gəmi azı dişinə almasında və erməni məsələsinin dünya ictimaiyyətinin gündəminə daxil edilməsində baş rolu oynayan siyasətçidir. On doqquzuncu yüzilliyin sonlarına doğru yaranan Armenakan, Daşnaksutyun və Xnçak təşkilatlarının üsyançı və inqilabçı bir siyasət yoluna düşməsində, onların üsyana təşviqində baş rolu İngilis Liberal partiyası və onun lideri Gladstoneun oynamışdır. İngilis missionerlər, onun məlumatı istiqamətində Türkiyənin Yozqat bölgəsində üsyan edən erməni terror təşkilatı mənsublarına tövsiyə edərək demişdi ki; "Qan tökün, qan tökməsəniz biz işə daxil ola, ona qarışa bilmərik. Qan tökün ki, biz də işə daxil olaq". Ermənilər də bu tövsiyəyə uyub üsyan etmişdir. Ermənilərin 1893-cü ildə yaratdığı ilk üsyanda tutulan Misak adlı erməni terrorist, məhkəmədə dindirildiyi vaxt hakimə bunları
deyirdi;
"İnqilab Komitəsinin lideri Tomayan, bizi üsyandan əvvəlcə yığıb dedi ki, İngiltərə başnaziri Gladstoneun biz ermənilərə mesaj yollayaraq deyib ki; əgər ermənilər bəylik istəyirsə bu halda onlara o hüquq verilə bilməz. Onlar böyük bir hadisə yaratmalıdılar. Bəziləri kəsilməli, bəziləri asılmalı, müsəlmanlarla vuruşmalı, qan tökməlidilər ki, biz də o vaxt iş daxil olub onların məqsədini reallaşdırmağa çalışaq. Arada heç nə yoxkən heç bir şey edə bilmərik".
Anadoluda məsum insanları qırğınlar törədərək məhv edən, milyonlarla dinc insanın qanına girən üsyançı erməniləri silahlandıran əsas ölkə İngiltərə və onun lideri Gladstoneun idi. O vaxtlar jurnalist işləyən Hans Barth adlı bir Avropalı, "Ey Türk Oyan" adlı əsərinin on dördüncü səhifəsində erməni hadisələri barədə bunları yazıb;
"Son illərdə erməniləri, duz-çörəyini yediyi Türklərə qarşı təhrik edərək qışqırdan İngiltərədir. Həmin hadisələrin səbəbkarı ingilis kilsələrinin keşişləri, din xadimləri, xüsusi təyinatlı dövlət qulluqçuları, missionerləri, pulları və göz qamaşdıran vədləri, İngiltərənin şeytani planlarla hazırlayıb həyata keçirdiyi intriqalarıdır. İngilis siyasəti arzuladığı hədəfə çatdıqdan, yəni qan tökülməsini təmin etdikdən sonra həqiqətləri tamamilə tərsinə döndərib, üsyankarları məzlum xristianlar, öz canını və mövcudiyyətini qoruyan yazıq müsəlmanları da qana yerikləmiş canavarlar kimi təqdim edərək Avropa və Amerikanı Türklərə qarşı qışqırtmağı bacarmışdır".
Daha əvvəlki məqalələrimdə də işarə etmişdim, Gladstoneun davamçıları vardır. İngiltərə məxfi təşkilatının qulluqçusu və tarixşünas Arnold Toynbee də onlardan biridir. Toynbee, Birinci Dünya Müharibəsi əsnasında İngilis məxfi təşkilatının Osmanlı dövlətinə qarşı yeritdiyi qara təbliğat aparatının başında o dayanırdı, yalan və böhtanlarla dolu "Mavi Kitab" Toynbeenin rəhbərliyi altında və onun məlumatı istiqamətində hazırlanaraq dünya ictimaiyyətinə təqdim edilmişdir.
Əlbəttə hər millət, hər bir dövlət öz mənafeyinə üstünlük verir, bu təbiidir, ancaq yalnızca öz şəxsi marağı uğruna bir milləti barbar, vəhşi, kafir elan etmək, Tanrının insanlığa yolladığı sonuncu və özülü hüsnniyyət, insan sevgisinə söykənən bir din olan İslamı, bu səmavi dinin müqəddəs kitabı "Qurani-Kərim"i yer üzündən götürməyi fikirləşmək, üstəlik bu fikrini özgə millətlərə də aşılamaq cəhdlərinə yönəlmək necə?! Sonra öz şəxsi siyasi marağı uğruna, bir vaxtlar Osmanlı dövləti tərəfindən "sadiq təbəə" adlandırılan və dövlətin hər cürə imkanı ayaqları altına sərilən bir millətin hamisinə nankorluq etməsine nail olaraq onu üsyana təşviq etmək və bu üsyançılarla Anadolunun məzlum və müdafiəsiz dinc əhalisində qırğınlar törətdirmək, Anadolu xalqının özünü müdafiə etməsi əsnasında həlak olan ermənilərin sayını
azı on qat artıraraq dünyaya qarşı "türklər soyqırım törətdi" deyərək həyasızcasına onu ittiham etmək necə?! Bunun da hər cürə vasitə ilə təbliğatını aparmaq, özünü dünyaya centlmen kimi tanıtmış ingilis millətinə yaraşacaq rəftarlardırmı?!
Gladstoneun kimi insanlar, bəşəriyyət üçün, tarix üçün üz qarasıdır; çünki onların öz işğalçı siyasətləri üçün əsas götürdükləri şeylər yalan, böhtan və vəhşət özülü üstündə bina olmuşdur. Bu özül üstündə yüksələn sərvətin isə, tarixdə şahid olunduğu kimi əsla uzun ömürlü olmadığı da bir həqiqətdir.
İngiltərədə son dövrdə başnazirlik postunda əyləşmiş Tony Blair kimi siyasətçilərin də Gladstoneun özlərinə idol kimi seçdiklərini elan etməsi aydın göstərir ki, İngilis siyasətçiləri islah olunmaz imperialistlərdir. Deməli, ingilis xarakteri və onun milli ideyası qanla, böhtanla və yalanla yoğrulubdur. Onlar özlərindən olmayan hər bir milləti kölələşdirməyi özlərinə məqsəd götürüblər, bu onların milli xislətidir.
"Mevla görəlim neylər,
Neylərsə gözəl eylər"
Ərzurumlu İbrahim Haqqı

Bu xəbər oxucular tərəfindən 1658 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |