07.01.2017 [10:31] - Gündəm, Hüquq
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə “VİB” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi Salmanov Zabil Şəkil oğlu zərərçəkmiş şəxs qismində tanınıb.
İttiham aktında qeyd edilib ki, sabiq MTN əməkdaşları Z.Salmanov, eləcə də VİB” MMC-nin işçiləri Qasımlı Yasin Məmmədhüseyn oğlu, Zakirov Azər Fərman oğlu və İbrahimova Lalə Məmməd qızının adına olan mobil telefon nömrələrini müxtəlif tarixlərdə qanunsuz olaraq dinləyiblər.
General-mayor S.Qurbanov Z.Salmanovun və işçilərinin nazirliyə gətirilməsi, ofisində axtarış aparılmasına dair dəstə üzvlərinə tapşırıq verib. Onun tapşırıqları əsasında dəstə üzvləri F.Əliyev, N.Alıyev, Z.Məmmədov və digərləri tərəfindən 01 mart 2015-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən “VİB” MMC-nin icraçı direktoru A.Zakirov MTN-in binasına gətirilib. Bir gün sonra isə Z.Salmanov “Range Rover” markalı 10 HZ 727 dövlət qeydiyyat nişanlı avtomobili ilə Hüseyn Cavid prospektinə doğru hərəkət edən zaman silahlı basqına uğrayaraq saxlanılıb və o, əvvəl “Sultan” kafesinə, daha sonra nazirliyin komendaturasına aparılıb.
Keçmiş MTN əməkdaşları rəsmi araşdırma materialı və əməliyyat tədbirindən kənar, müvafiq qərar və protokol tərtib edilmədən “VİB” MMC-nin ofisində saxlanc yerinə qanunsuz girməklə basqın edərək kompyuterlər, sənədlər, xəzinədə olan 20 min manat, 292 min 93 manata bərabər 248 min 950 avro, 24 min 115 manata bərabər 23 min ABŞ dolları olmaqla cəmi 336 min 208 manat məbləğində külli miqdarda nağd pul əskinaslarını quldurluq yolu ilə ələ keçiriblər. MMC-nin işçiləri də iradələri əleyhinə zorla nazirliyə gətirilərək icraçı direktor A.Zakirovu 2 sutka, təsisçi Z.Salmanov, maliyyə direktoru Murad Quliyev, anbar müdiri Aqşin Nəbilini 1 sutka, baş mühasib Əsgər Çəndirli, xəzinədar Yasin Qasımov, logistika şöbəsinin əməkdaşı Lalə İbrahimovanı isə 8 saat ərizində nazirliyin komendaturasının 2-ci mərtəbəsində xidməti otaqlarda ayrı-ayrılıqda saxlayıblar. Bundan başqa, onların istifadələrində olan mobil telefonlar əllərindən alınaraq, hərəkət sərbəstlikləri məhdudlaşdırılmaqla qanunsuz azadlıqdan məhrum ediliblər.
Dəstə üzvləri F.Əliyev, N.Alıyev, Z.Məmmədov vasitəsilə Z.Salmanova bütün telefon danışıqlarının dinlənildiyini bildirərək, onu guya qaçaqmalçılıq əməli törətməyə, vergidən yayınmağa görə barəsində cinayət təqibi başlanmaqla həbs olunacağı, təcridxanaya salınmaqla şəxsiyyəti üzərində zor tətbiq ediləcəyi, mağazalarının fəaliyyətinin dayandırılacağı, ayrı-ayrı qadınlarla əlaqələrinə dair barəsində rüsvayedici məlumatlar yayılacağı ilə hədələyiblər.
Keçmiş MTN əməkdaşları Z.Salmanovdan 3 milyon manat pul tələb etsələr də, 1 milyon manata razılaşıblar. Həmin şəxslər 03 mart 2015-ci il tarixdə “VİB” MMC-nin xəzinəsindən götürdükləri 336 milyon 208 manata bərabər pul vəsaitini qaytarmayaraq, özlərində saxlamaqla onları sərbəst buraxıb. Bundan başqa, dəfələrlə dəstə üzvləri onlara hədə-qorxularını davam etdirib. Nəticədə Z.Salmanov 13 mart 2015-ci il tarixdə “Accessbank” ASC-dən kredit götürüb, 100 min manat məbləğində pul vəsaitini də əlavə olaraq, Bakı şəhəri Yasamal rayonu, Haqverdiyev küçəsində yerləşən “Favorit” adlı supermarket mağazasının yaxılınlığında F.Əliyev və N.Alıyevə verib.
Xatırladaq ki, Z.Salmanov Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi Rəşad Məmmədov, onunla birgə həbs edilən İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınıb. Daha sonra o, ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.
İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatına verilib. Yasamal Rayon Məhkəməsində keçiriləcək iclas yanvarın 19-na təyin edilib.

Bu xəbər oxucular tərəfindən 942 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |