02.04.2012 [11:49] - Xəbərlər
Bakıda bu gün Avronest Parlament Assambleyasının ikinci nöbəti sessiyası öz işinə başlayıb.
Sessiya zamanı daimi komitələrin və Belarus üzrə İşçi Qrupun iclasları, həmçinin qurumun plenar iclası keçiriləcək. Bakı sessiyası zamanı Komitələr tərəfindən hazırlanmış sənədlərin təklif edilmiş əlavələr və dəyişikliklərlə birlikdə müzakirə edilərək qətnamə şəklində qəbul edilməsi gözlənilir.
Bakı sessiyasında Avronest PA-nın Avropa İttifaqı komponentindən olan 60 nəfərlik heyəti, Şərq Tərəfdaşlığı ölkələri - Ukrayna, Gürcüstan, Moldova və Ermənistanın milli nümayəndə heyətləri tam tərkibdə, hər heyətdə 10 nəfər olmaqla iştirak edirlər.
İlk dəfə olaraq qurumun Bakı sessiya zamanı elektron səsvermədən istifadə ediləcək. Bunun üçün səsvermədə iştirak edəcək Avropa Parlamenti üzvləri və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin üzvləri xüsusi kartlarla təmin ediliblər.

Bu xəbər oxucular tərəfindən 1119 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |