Şrift:
Azərbaycan şahmatçısı Bazeldə beynəlxalq turnirin qalibi olub
09.01.2017 [10:06] - Gündəm, İdman
Azərbaycan şahmatçısı Eltac Səfərli Bazel şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.

E.Səfərli 9 turun nəticələrinə görə 7 xal toplayaraq birinci yeri tutub. Son turda o, həmyerlisi Nicat Abbasovla heç-heçə oynayıb. Şahmatçımız çinli Cin Şi Bay və fransalı Kristian Bauerlə eyni xal toplasa da əlavə göstəricilərə görə qalib elan olunub.

Yanvarın 2-8-də keçirilən Beynəlxalq Şahmat Festivalına 107 şahmatçı qatılıb. Azərbaycanı, həmçinin Nicat Abbasov və Vüqar Əsədli təmsil ediblər.
Bu xəbər oxucular tərəfindən 532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed