Şrift:
İran Urmu gölünü xəritədən sildi
02.04.2012 [12:19] - Güney Azərbaycan-Təbriz
Tarixi Azərbaycan torpaqlarının nadir incilərindən olan Urmu gölünun quruması fəlakət həddinə çatıb.

Ancaq İran hakimiyyəti gölə əlavə su ehtiyatlarının axıdılması ilə bağlı tədbir görmək əvəzinə, bu vəziyyətlə barışmış kimi görünür.

Güney Azərbaycan mənbələrindən verilən məlumata görə, artıq dövlət televiziyalarında Urmu gölü İran xəritəsində göstərilmir.

“Konkret olaraq, 31 mart 2012 tarixdə İranın birinci kanalında saat 21.00 xəbərlərinin hava durumu bölümündə, İran xəritəsində Urmu gölünün xəritədən çıxarılmasının şahidi olduq” –deyə, mənbə bildirir.
Bu xəbər oxucular tərəfindən 1998 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed