Şrift:
Türkiyə Futbol Federasiyası bir nəfəri hakimlikdən uzaqlaşdırıb
09.01.2017 [10:21] - İdman
Türkiyə Futbol Federasiyası (TFF) Fırat Aydınusu hakimlikdən kənarlaşdırıb. TFF 44 yaşlı referiyə mövsümün qalan hissəsində heç bir təyinat verməyəcək.
Buna səbəb F.Aydınusun hakimlərin Antalya toplanışı zamanı fiziki hazırlıq testindən keçə bilməməsidir.
O, mövsümün əvvəlindəki toplanış zamanı da imtahandan keçə bilməmiş, lakin bir müddət sonra TFF tərəfindən verilən açıqamada Aydınusun testdən keçdiyi bildirilmişdi.
Qeyd edək ki, Fırat Aydınus hakimliyə 1996-cı ildə başlayıb. O, UEFA-nın Cüneyt Çakırla birgə Avropa kuboklarında ən çox oyuna təyinat verdiyi türkiyəli referilərdəndir. Lakin 2014-cü ildə FİFA hakimləri üçün aparılan YoYo testindən keçmədiyi üçün F.Aydınus beynəlxalq dərəcəli hakimlər siyahısından çıxarılıb. Təcrübəli referi cari mövsüm Super Liqada 11, I Liqada isə 1 oyun idarə edib.
Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed