Şrift:
İraqı işğal edib Türkmənelindəki nefti ələ keçirən Qərb kürdlərdən alət kimi istifadə edir.
02.04.2012 [12:30] - Xəbərlər
"İraq Kürdüstanından neft ixracı dayandırılıb" başlıqlı xəbərlərlə "İraqın Kürdüstan muxtariyyətinin hökuməti bölgədən neft ixracına qadağa qoyub" deyimləri ilə yeni strateji gedişlər İraqın işğalının mahiyyətini tamamilə açıq şəkildə ortaya qoyur.
Beynəlxalq xəbər agentliklərinin "xəbər"inə görə, muxtariyyət rəhbərliyi İraqın mərkəzi hökumətini bölgədə çalışan əcnəbi şirkətlərə ödənişlərin kəsilməsində ittiham edib. "Oyuncaq Kürdüstan" Təbii Ehtiyatlar Nazirliyi bəyan edib ki, 1,5 mlrd. dollar həcmində olan ödənişlər artıq 10 aydır gecikdirilir, vəziyyətin dəyişəcəyinin əlamətləri isə görünmür.
Qeyd edək ki, Bağdad və oyuncaq bölgə hökuməti arasında münasibətlər ötən ilin payızında Oyuncaq Kürdüstan muxtariyyəti ABŞ-ın “ExxonMobil” şirkəti ilə İraqın şimalında neftin kəşfiyyatı və hasilatına dair saziş imzaladıqdan sonra kəskinləşib. Mərkəzi hökumət sazişi qanunsuz elan edib.

DAVAM.AZ: - Bunlar əvvəl dovşanın başını kəsib sonra qulaqlarını sayırlar.
Bu xəbər oxucular tərəfindən 1352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed