10.01.2017 [10:26] - İqtisadiyyat
Gürcüstan Hökumətinin əsas məqsədi təbii qaz və enerji bazarını şaxələndirmək, bu zaman ölkənin maraqlarını yüksək səviyyədə qorumaqdır.
Bu sözləri Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Qeorgi Qaxariya jurnalistlərə müsahibəsində söyləyib.
Q.Qaxariya bildirib ki, Gürcüstanın təbii qaz təminatında artıq bir neçə dəfə müəyyən problemlər yaşanıb. Bunun təkrarlanmaması üçün biz bütün tərəflərlə danışmalıyıq. Daxili bazarımızın şaxələndirilməsinə nail olmalıyıq. Baş nazirin müavini deyib ki, “Qazprom”la növbəti danışıqlarda da Gürcüstanın mövqeyi yüksək səviyyədə müdafiə olunacaq.
Gürcüstanın energetika naziri Kaxa Kaladze isə bildirib ki, ölkəsi növbəti danışıqlarda da öz mövqeyində qalacaq və “Qazprom”dan Ermənistana nəql olunan qazın ümumi həcminin 10 faizini tələb edəcək. K.Kaladzenin sözlərinə görə, Gürcüstan Azərbaycan ilə imzalanan müqaviləyə əsasən SOCAR-dan təbii qaz alır. Amma bu, ölkənin “mavi yanacağa” olan tələbatını tam ödəmir. Hazırda Gürcüstanda əhalinin təbii qaza olan tələbatında problem yoxdur. Lakin vəziyyət dəyişə bilər.
Qeyd edək ki, “Qazprom” Gürcüstan ərazisindən keçməklə Ermənistana nəql etdiyi təbii qazın 10 faizi həcmində Gürcüstana “mavi yanacaq” verirdi. Bu müqavilənin müddəti 2016-cı il dekabrın 31-də başa çatıb. Hazırda Ermənistana təbii qazın nəqli əvvəlki qaydada, şifahi razılaşma əsasında davam edir. “Qazprom” ilə Gürcüstan arasında iki dəfə aparılan danışıqlar nəticəsiz başa çatıb. “Qazprom” Ermənistana satdığı qazın Gürcüstan ərazisindən nəqlinə görə gürcü tərəfinə pul kompensasiyasının ödənilməsini təklif edir. Gürcüstan isə əvvəlki kimi, Ermənistana ötürülən “mavi yanacağın” ümumi həcminin 10 faizini tələb edir.
İqtisadçı ekspertlər hesab edirlər ki, Gürcüstan öz ərazisindən qazın nəqlinə görə pul almaqla ərazisinin bir hissəsini “mavi yanacaqsız” qoya bilər. Ona görə də hökumət bu məsələdə güzəştə gedə bilməz. Bazarda qiymətlər dəyişir və “Qazprom”un ödədiyi pulla SOCAR və ya digər beynəlxalq şirkətlərdən qaz almaq mümkün olmayacaq.
Bu, həm də Gürcüstanın Neft Qaz Korporasiyasının səhmlərinin 25 faizinin satışında mühüm rol oynaya bilər.

Xətayi Əziziov
Bu xəbər oxucular tərəfindən 460 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |