Şrift:
Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişəsini həll etməyin vaxtı çatıb
02.04.2012 [14:23] - Xəbərlər
Bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məxsusdur. Nazir bildirib ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bu məsələ həllini tapmaq üçün yetişib: “Bəlkə yekun variantda, statusun qəti şəkildə müəyyən olunması şəklində olmasa da, ilkin formada həllin tapmalıdır. Və Əvvəlcə Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalıdır. Münaqişənin nizamlanmamış qalması, qaçqınlar və məcburi köçkünlər problemi regionun inkişafına mənfi təsir göstərir. Azərbaycan həmişə dinc qonşuluq münasibətlərinin yaradılması mövqeyindən çıxış edib”.
Bu xəbər oxucular tərəfindən 1131 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed