Şrift:
Gürcüstan Ombudsmanı hökumətə Mesxeti türklərinin repatriasiyası üçün effektli tədbirlər görməyi tövsiyə edib
02.04.2012 [14:44] - Borçalı
Bu həftə Gürcüstan parlamentində Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsmanı) Georgi Tuquşinin illik hesabatı dinləniləcək.Hesabatda 20-ci əsrin 40-cı illərində öz yurdlarından məcburən köçürülən Mesxeti türklərinin repatriasiyası barədə də məlumat öz əksini tapıb. Xalq Müdafiəçisi Gürcüstan hökumətinə tövsiyə edir ki, Mesxeti türklərinin repatriasiyası üçün effektli tədbirlər həyata keçirilsin. Hesabatda qeyd olunub ki, indiyədək Gürcüstan hökumətinə 5 841 nəfər repatriant statusu almaq üçün müraciət edib, lakin bu müraciətlərdən cəmi 337 ərizəyə baxılıb. Məlumata görə, Gürcüstanın Avropa Şurası (AŞ) qarşısında götürdüyü öhdəliyə əsasən, 2012-ci ilə qədər Mesxeti türklərinin öz ata-baba torpaqlarına qayıdışı təmin olunmalı idi. AŞ-nın 2012-ci il yanvarın 26-dakı informasiya notasında bildirilib ki, bu vaxta qədər Mesxeti türklərinin repatriasiyası strategiyası həyata keçirilməli idi. Xalq Müdafiəçisi Georgi Tuquşi hesab edir ki, Mesxeti türklərinin geri dönməsi üçün yeni inteqrasiya siyasəti planı hazırlamaq və iqtisadi, sosial və siyasi nöqteyi-nəzərdən müəyyən proqramlar həyata keçirmək lazımdır: “Repatriantlar üçün uzunmüddətli və yaxud qısa müddətli sosial proqramlar işləyib hazırlamaq lazımdır. Parlament isə 40-cı illərdə Gürcüstandan məcburi şəkildə köçürülən şəxslər üçün qəbul olunan qanunda dəyişikliklər etməli, repatriant statusu almaq prosedurlarını asanlaşdırmalıdır”.
Bu xəbər oxucular tərəfindən 1940 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed