11.01.2017 [10:21] - İdman
"Səbail" klubu qış fasiləsində daha iki transfer reallaşdırıb.
Azərbaycan çempionatının I Divizion təmsilçisi Mirzağa Hüseynpurla Orxan Qurbanlını heyətinə cəlb edib.
İyirmi yeddi yaşlı Hüseynpurla 1 illik müqavilə imzalanıb. Rusiyanın "Rostov" klubunun yetirməsi olan yarımmüdafiəçinin son klubu AZAL olub. Bunadək Mirzağa Rusiyada "Mitos", ölkəmizdə isə "Sumqayıt", "İnter", "Simurq" komandalarının şərəfini qoruyub. O, eyni zamanda U-21 millimizin də formasını geyinib.
Qurbanlı isə mövsümün sonuna kimi "Neftçi"dən icarəyə götürülüb. Bu klubun yetirməsi olan 21 yaşlı müdafiəçi ötən mövsümü Latviyanın "Dauqavpils" komandasında keçirib. Orxan eyni zamanda U-21 millimizin üzvüdür.

Bu xəbər oxucular tərəfindən 501 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |